Abşeronda avtomobil 41 yaşlı qadını vurdu

 

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1980-ci il təvəllüdlü Əhmədova Zöhrə Mirzəşah qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.29265594482422