Münbit torpaqlarımızı qoruya bilirikmi?

Fermerlərimiz torpaqla davranmaq, onu ildən-ilə münbitləşdirmək istiqamətində maarifləndirilməlidir

 

 Yer kürəsinin torpaq resursları həyatımızın bütün sahələrində əsas rola malik olan təbii sərvət, soğrafi landışaftdır. Yalnız kosmik araşdırmalar istisna olmaqla bütün insan fəaliyyəti torpaqla birbaşa bağlıdır. Hətta kosmik araşdırmalar üçün yer orbitindən çıxmaq üçün torpaq həm istinad nöqtəsi, həm hazırlıq təminat üçün vacib amildir. Keçmiş SSRİ dövləti Qazaxıstanın  Karaqanda vilayətində kosmik tədqiqatlar proqramını həyata keçirmək üçün "Baykonur" adlanan onminlərlə hektar sahəni əhatə edən ərazidə start kompleksləri, ölçmə müşahidə məntəqələri, raketlərin quraşdırılma-instruksiya kompleksləri (QİK) inşa etmişdi. İndi Rusiya Federasiyası həmin ərazidə analoji fəaliyyətlə məşğuldur. Yeri cəlmişkən, gələcək yazılarımızda kosmik fəaliyyətin ətraf mühitə vurduğu zərərlər barədə oxucularımızı məlumatlandırmağı nəzərdə tutmuşuq. Yəni, torpaq infrastrukturunun formalaşmasında qorunmasında elə mühüm rol oynamayan kosmik tədqiqatlar zamanı ətraf mühit kompanentlərinə kifayət qədər ziyan dəyir. Kosmik tədqiqatlar nəticəsində yaranan çirklənmə, yalnız həmin region üçün deyil, qlobal xarakter daşıyır. Bu isə o deməkdir ki, kosmik tədqiqatların aparılması, onun miqyası ekoloji cəhətdən sağlamlığı yalnız bir ölkənin - Rusiyanın, ABŞ, Fransa, Hindistan s. kimi ölkələrin daxili işi deyil. Çünki bu fəaliyyətdən kosmos ölkələri bəhrələnsə , ətraf mühitə dəyən ziyandan bütün bəşəriyyət zərər çəkir. Ona görə beynəlxalq təşkilatlar səviyyəsində kosmik tədqiqatlar, uçuşlar müşahidələrə tələblər sərtləşdirilməlidir.

Bununla belə, xüsusi qeyd etmək lazımdır ki, dünyada torpaqlara daha çox zərər verən, fəaliyyəti bilavasitə torpaqla bağlı olan sahələrdir. Bu iqtisadiyyat sahələrindən isə ən geniş yayılanı kənd təsərrüfatıdır. Kənd təsərrüfatının istehsal predmeti torpaqdır, onun bütün əmək fəaliyyəti torpaqla bağlıdır. Məhz buna görə, normal ölkələrdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar fərdi təsərrüfat sahibləri torpağa daha çox qayğı göstərir, nəinki ona ziyan vururlar. Azərbaycanda isə vəziyyət tam fərqlidir, burada  torpağa daha çox zərər vuranlar kənd təsərrüfatı ilə məşğul olanlardır.

"Aqrar İslahatlara dəstək" İctimayi Birliyinin rəhbəri Vahid Məhərrəmli bildirir ki, Azərbaycanda aqrar sahəyə elmi yanaşma lazımdır - fermerlər fərdi təsərrüfat sahibləri intensiv olaraq maarifləndirilməlidir; "Təcrübə göstərir ki, aqrar sahədə fəaliyyət göstərən fermerlərin böyük əksəriyyəti anlamadan torpağa ziyan vurur. Fermerlər başa düşmək istəmirləri ki, aşırı suvarma ziyandır, buna yol vermək olmaz. Məsələn, bəzən şahidi oluruq ki, bir fermer digər fermerin yanında özünü öyür ki, mən sahəmdə filan dərinlikdə şum apardım. Həmin fermer bilmir ki, normadan artıq dərinlikdə şum aparmaq onun məsrəflərini artırmaqla yanaşı, yerin dərinliyində olan zərərli duzları digər elementləri üzə çıxarır, yerin münbit üst qatını isə alta çevirir. Beləcə fermer elə bilir ki, özü üçün səmərəli bir görüb, əslində isə özünə torpağa zərər verib. Əkin üçün şumlama zamanı həm dərinlik normadan artıq olmamalı, həm tarlada işləyən traktor daha yüngül olmalıdır. Artıq son illər sovet istehsalı olan tırtırllı ağır traktorlar demək olar ki, sıradan çıxıb, onların yerini müasir tipli, yüngül, şinli traktorlar tutub, bu müsbət haldır.

Suvarmaya gəldikdə isə fermer torpağa suyu aqrotexniki normalara yuğun verməlidir. Tez-tez suvarmaq heç daha bol məhsulun sığortası deyil. Suvarmadan əvvəl fermer bitkinin növünə uyğun olaraq aqrotexniki tədqiqat aparmalıdır. Bu tədqiqatın nəticəsinə uyğun olaraq qərar qəbul edilməlidir. Elə bitkilər var ki, aşırı suvarma onun vegitatitv inkişafına mənfi təsir göstərir.  Yəni bitkinin yetişdirilməsində əsas amillərdən biri olan torpaq üçün selləmə aşırı suvarma birmənalı zərərlidir. Fermer suvarmadan daha çox müxtəlif aqrotexniki üsullarla torpağın tərkibində suyun uzun müddət qalmasını təmin etməlidir, nəinki onu tez-tez suvarmaq. Normadan artıq suvarma Yerin təkindəki zərərli duzları digər mikroelementləri üzə çıxarmaqla yanaşı, qrunt sularının səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da ərazinin nisbətən çökəklik hissələrində zərərli duzlarla zəngin olan qrunt sularının üzə çıxması ilə müşahidə edilir. Belə sular isə istənilən bitkini torpağın münbit üst qatını məhv edir".

Suvarma ilə yanaşı torpağın gübrələnməsi əsas amillərdən biridir. Mütəxəssislərin fikrincə, torpağın orqanik gübrələrlə (peyin, torf digər üzvi çürüntülər) mütəmadi gübrələnməsi torpaqların ildən ilə münbitləşməsinə səbəb ola bilər. Amma bu aqrotexniki normalara uyğun, bərabər şəkildə torpağın tələbatına müvafiq şəkildə həyata keçirilməlidir. Məsələn, heyvan peyini ifraz edildikdən ən azı bir il sonra torpağa verilməsi daha məqsədəuyğun hesab edilir. Çünki bir il ərzində heyvanların həzm edə bilmədiyi alaq otlarının toxumları peyində yaranan yüksək temperatur nəticəsində yanaraq məhv olur həzm edilməyən digər üzvi birləşmələr qeyri-üzvi maddələrə çevrilərək bitki köklərinin əmicik tellərinin qida normalarına uyğunlaşır. Peyin bir ildən tez ya dərhal verildikdə isə o torpaq tərəfindən mənimsənilə bilmir, bunun üçün uzun zamana ehtiyac olur.

Dünyada torpağa verilməsi üçün istehsal edilən gübrələr üç qrupa bölünür - azot, fosfor kalium gübrələri. Bunlardan azot gübrəsi sürətlə yerin alt qatlarına endiyi üçün əsasən bitkinin vegitasiya dövründə verilir, aşırı doza məhsulun tərkibində azotun miqdarının artmasına səbəb olur ki, tərəvəz bostan bitkilərindən zəhərlənmə, məhz bu səbəbdən baş verir. Ona görə azotdan istifadə zamanı torpağın tələbatı aqrotexniki qaydalar nəzərə alınmalıdır.

V. Məhərrəmlinin sözlərinə görə, digər gübrələrdən istifadə qərarı qəbul etmək üçün mütləq torpağın münbit üst qatı təhlil edilməli, onun bu gübrələrə tələbatının həcmi müəyyən edilməlidir; "Yalnız bu tədqiqatların nəticələrinə uyğun olaraq torpağa kalium fosfor gübrələri verilməlidir. Elə zonalarımız var ki, orada bəzən kaliuma, bəzən isə fosfora ehtiyac duyulmur. Lakin onu da yaddan çıxarmamalıyıq ki, torpağın gübrə ehtiyacı yalnız bu üç elementlə məhdudlaşmır, torpağı digər elementlərlə təmin etmək üçün həm orqanik gübrələr, peyin, torf digər üzvi çürüntülər verilməlidir. Torpaqda elementlərin bolluğu konsentrasiyasının çoxluğu da bəzən problem yaradır. Bol element şəraitində maddə molekulları daha böyük ölçülərə malik olur ki, bunu da bitkinin əmici telləri qəbul edə bilmir. O üzdən torpağın laborator təhlili vacibdir.

Bununla yanaşı torpağın  dincə qoyulması torpaqda növbəli əkinin təmin edilməsi vacib məsələlərdən biridir. Bu həm fermerlərə daha çox məhsul götürməyə, həm torpaqların təbii yolla münbitləşməsinə şərait yaradır. Məsələn, 2-3 il yonca altında olan torpaqda taxıl əkilərsə, o torpaq sahəsinə azot gübrəsi verməyə ehtiyac qalmır - birinci ildə yoncanın torpağa topladığı azot yüksək məhsuldarlıqlı taxıl becərməyə şərait yaradır. Bitkilərin növbəliliyinin təmin edilməsində torpağın imkanlarının müəyyənləşdirməsinə mütləq mütəxəssis rəyinə ehtiyac var".

Mütəxəssisin fikrincə, kənd təsərrüfatı təyinatlı torpaqların meşə-mühafizə zolaqları ilə təmin edilməsi vacib amillər sırasındadır: "Belə ki, torpaq sahələri meşə-mühafizə zolaqları ilə təmin edilmədikdə davamlı əsən küləklər yerin münbit üst qatını sovurub aparır nəticədə torpaq eroziyaya uğrayaraq yararsız hala düşür. Bəzi fermerlər öz torpaq sahəsini genişləndirmək məqsədi ilə sovetlər dönəmində salınan meşə-mühafizə solaqlarını qırır. Amma sonda bəlli olur ki, bir hektarlıq meşə zolağının qırılması bir neçə ildən sonra yüz hektarlarla ərazinin külək eroziyasına uğrayaraq yararsız hala düşməsinə səbəb olur. Fermerlərin əksəriyyəti bunu anlamadan edir sonradan peşiman olur. Belə halların, fermerlərin bilmədən özlərinə öz əlləri ilə ziyan vurmasının baş verməməsi üçün onların mütəmadi olaraq maarifləndirilməsi vacibdir".

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda 52 idarəsi fəaliyyət göstərməyə başlayıb. Fikrimizcə, bu idarələrin mütəxəssisləri ən azı fermerlərin ziyana düşməməsi, ölkənin aqrar bölməsinin inkişafı üçün fermerləri bu istiqamətdə maarifləndirməli, onlar üçün gündəliklər, fermerlərə lazım olan məsləhətlərlə zəncin olan stolüstü kitabçalar nəşr etdirməlidirlər. Əgər fermerlərə maarifləndirmə yolu ilə aqrotexniki qaydalara uyğun məhsul istehsalı vərdişləri aşlaya bilsək, həm vətəndaşlarımız ekoloji cəhətdən sağlam məhsulla təmin edilər, həm yüzminlərlə hektar kənd təsərrüfatına yararlı əkin sahələrimiz ildən ilə yararsız hala düşmək əvəzinə münbitləşər. Dünyanın ən dayanıqlı uzunmüddətli sərvəti, məhz münbit torpaqlardır. Münbit torpaq həm ətraf mühitin təmizlənməsi deməkdir. Biz əkib-becərməsək belə, münbit torpaqlarda ekoloji cəhətdən zərərsiz bitkilər bitəcək ki, bu da atmosferin təmizlənməsi üçün vacib amillərdən biridir. Bu gün hökumət sadəcə olaraq sözügedən istiqamətdə fermerlərə hərtərəfli dəstək verməli, onların dirçəlməsinə yardım göstərməlidir. Belə olduğu təqdirdə, müəyyən mərhələdən sonra artıq fermerlər mənfəətlə işləyərək vergilər şəklində dövlətə dəstək olacaqlar. Bu işdə dövlətin qazancı həm maddi dəstək, həm sağlam ətraf mühit olacaq.

 

Paralelin
Araşdırma Qrupu

 

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

0.37069487571716