DİN-dən sürücülərə yollarla bağlı XƏBƏRDARLIQ

DİN-dən sürücülərə yollarla bağlı XƏBƏRDARLIQ
 

 

Respublika ərazisində hava kəskin şəkildə dəyişib. Yolların buz bağlaması qəzalara səbəb olub. Hətta bəzi yerlərdə insan ölümü ilə nəticələnən zəncirvai qəzalar baş verib. 

Havanın kəskin dəyişməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov paralel.az-a bildirib ki, yağan qar nəticəsində maşınların hərəkətində çətinlik yaranıb:

“Havanın kəskin dəyişməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülər bu günlərdə zəruri olmayan hallarda avtomobillərdən az istifadə etmələri tövsiyə olunur. Avtomobilin qış rejiminə hazırlıqlı olunmasını təmin etsinlər, sürət həddini minimuma endirsinlər”. 

0.39588403701782