“Zenit” futbolçularından qəhrəmanlıq: Yanğını söndürüb, işçini xilas etdilər – FOTO

 

Rusiyanın “Zenit” klubunun əvəzedici heyətinin üzvləri əsl qəhrəmanlıq nümayiş etdiriblər.

Bu barədə kollektivin “Twitter” səhifəsində məlmat verilib.

Məlumata görə, “Zenit-2”nin futbolçuları İslam Jilov və Nikita Simdyankin, eləcə də köməkçi məşqçi Luis Anula təlim məşq toplanışı zamanı isinmə hərəkətləri edərkən, qışqırıq səsləri eşidiblər.

Səs gələn tərəfə qaçan idmançılar təsərrüfat otaqlarından birində yanğının baş verdiyini görüblər. Luis yanğınsöndürən balonun köməyilə alovun öhdəsindən gəlib. İslam və Nikita isə içəriyə daxil olaraq, təsərrüfat işçisini tüstüdən boğularaq ölməkdən xilas ediblər.

Zərərçəkən təcili yardımla xəstəxanaya çatdırılıb. Onun səhhətində ciddi problemin olmadığı bildirilib.

 

1.3357951641083