Elbrus dağlarındakı qar əyləncəsi gəncləri ölümlə üz-üzə qoydu - VİDEO

 

Snoubordda hərəkət edən gənclərin ayağının altından qar uçub və onlar uçuruma doğru sürüşüblər. Ancaq təqribən 4 metrdən sonra onlar buz bağlamış qayadan tuta biliblər.

“BAZA” “Telegram” kanalının məlumatına görə, hadisə Elbrus dağında qeydə alınıb.

Bildirilir ki, adətən dağlarda belə vəziyyət olur – qar özünəməxsus qübbə əmələ gətirir və bəzən bu bir neçə adamı daşıyacaq qədər möhkəm olur. Ancaq bu dəfə elə olmayıb – gənclər uçuruma yuvarlanıblar.

Sonradan qızın xatırladığına görə, o və dostu 20 dəqiqə sallanmış vəziyyətdə qalıb.

Ancaq xilasedicilər vaxtında köməyə çatıblar. Məlum olub ki, gəncin qolu qırılıb. Qız isə ancaq qorxu ilə canını qurtara bilib.

1.0398650169373