“Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun səfərinə reaksiyası xarakterik idi” - MÜSAHİBƏ

 

ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransının son iclasında ABŞ-ın Avropaya tərəf döndüyünü açıqladı.

ABŞ-da demokratların namizədinin prezident seçilməsindən sonra Vaşinqtonun xarici siyasət vektorunda aktivləşmə gözlənilirdi.

Bəs postsovet məkanının gözləntiləri nə olmalıdır?

Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Nikolay Mejeviç Media.Az-a verdiyi açıqlamasında Qərbin ATƏT-in Minsk Qrupunun reanimasiyasına çalışması barədə cəhdlərinə münasibət bildirib. 

N. Mejeviç qeyd edib ki, indi elə bir situasiya yaranıb ki, razılaşmanın yaxşılaşdırma cəhdi əks nəticə verə bilər:

“Niyə bunu etmək lazımdır? Bu kimin marağındadır? ABŞ-ın təklifləri (ATƏT-in Minsk qrupu ilə əlaqədar - red.) Azərbaycanın maraqlarına cavab vermir, çətin ki, Ermənistan üçün də faydalı olsun. Bu təkliflər Türkiyəni də maraqlandırmayacaq. Ən yaxşısı regiondakı problemlərin elə region daxilində həllidir və Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun fransalı və amerikalı həmsədrlərinin səfərinə reaksiyası bunun göstəricisi idi”.

0.90487813949585