Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı

Vəzifə səlahiyyətindən, tutduğu postdan dövlət malını talamaq, mənimsəmək üçün istifadə edən məmurların cəzalandırılması prosesi davam edir. Təqdirəlayiq haldır ki, bu proses yalnız vəzifədə olan deyil, sabiq məmurları da əhatə etməyə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sonra daha hansı məmurların həbs olunacağı hazırda cəmiyyəti düşündürən əsas məsələlərdən birinə çevrilib. Məlumata görə, bir müddət əvvəl daha bir sabiq məmurla bağlı istintaq başladılıb. Söhbət Qaçqınların və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, Baş nazirin sabiq müavini Əli Həsənovdan gedir. Onun bir müddət öncə dövlətin müvafiq orqanlarına çağırılaraq saatlarla dindirildiyi bildirilir.

2.4630410671234