Ekoloji maarifləndirmə və ətraf mühit problemləri

Ekoloji maarifləndirmə və ətraf mühit problemləri
 

Müasir dönəmdə dünyanın onlarla ölkəsində ətraf mühit problemləri ilə bağlı mübarizəyə milyardlarla dollar vəsait xərclənir, beynəlxalq təşkilatlar tərəfindən qlobal miqyaslı, müxtəlif istiqamətli layihələr reallaşdırılır. Ətraf mühit problemlərinə xərclənən vəsaitlər heçə getmir, bu istiqamətdə reallaşdırılan hər bir səmərəli layihə alqışa layiqdir. Çünki Yer kürəsi bəşəriyyətin evidir, bu evi hər bir fərd qorumalı, qayğısına qalmalı, şahidi olduğu hər hansı bir problemin aradan qaldırılmasına yardımçı olmağa çalışmalıdır.

 Belə bir rəvayət var ki, bir kiçik ölçülü həşarat böyük bir yanğının şahidi olur. Həşərat yanğını görən kimi özünü yaxınlıqdakı gölə vurub yanğının üzərində qanad çalır ki, üstünə yapışan su damcıları yanğının üstünə düşsün, onun söndürülməsinə kömək göstərsin. Yanğını biganə şəkildə seyr edən fil həşəratdan soruşur ki, sənin gətirdiyin su o boyda yanğını söndürə bilərmi? Həşərat cavab verir ki, bu mənim bacardığımdı, hərə öz bacardığı qədər su gətirsə, əlbəttə, yanğın dərhal sönər. İndi bizi əhatə edən mühitin problemləri belədir. Ətraf mühtd problemlərinin aradan qaldırılmasına bəlkə milyardlarla dəyəri olan layihələrdən daha çox insan fəaliyyəti kömək edə bilər. Sadəcə olaraq maarifləndirmə yolu ilə ətraf mühitin qorunması onun problemlərinin aradan qaldırılması üsullarını insanlara öyrətmək, izah etmək onları buna inandırmaq lazımdır. Vətəndaşı elə metodlarla maarifləndirmək lazımdır ki, o, bu istiqamətdə gördüyü işin səmərəli olacağına inansın, sonda nəticələri öz gözləri ilə görə bilsin. Ümumiyyətlə, bütün istiqamətlərdə insan fəaliyyəti o zaman maraqlı olur ki, müəyyən müddətdən sonra işi icra edən nəticə əldə etsin.

Şahidlik etdiyimiz sadə bir misalı diqqətinizə çatdırmaq istərdik. Ölkəmizin kənd rayonlarından birində qonşulardan biri hər gün həyətdəki ağacların altına tökülən xəzan yarpaqlarını bir yerə toplayıb od vurub yandırır. Tam qurumayan, nəm yarpaqlar axşama qədər tüstülüyür bütün kənd tüstüyə qərq olur. Sözügedən kənd sakininin yaşadığı məhəllədə xəzan yarpaqlarından tonqal qalandığı gün nəfəs almaq mümkün olmur. Bir gün qonşuluqda yaşayan biologiya müəllimi məsələyə son qoymağa qərar verir - əvvəl düşünür, desin ki, ay qonşu, sən bu xəzan tonqalı ilə bu məhəllənin sakinlərini respirator xəstəliklərinə düçar edəcəksən, bu mərəzindən daşın! Lakin son anda müəllim fikrinidən daşınır məsələyə yanaşmanın metodunu tamamilə dəyişir. Qonşusunun bu zərərli mərəzinə baxmayaraq o, torpağın dilini bilən, yaxşı bağ-bostan yetişdirən birisi olur. Müəllim elə onun bu xarakterindən yararlanmaq qərarına gəlir. Müəllim qonşusunun əhvalı xoş olan bir günü seçərək ona yaxınlaşır söhbətə başlayır: «Qonşu, sənin xəbərin var ki, yandırdığın bu xəzan yarpaqları ilə torpağı necə gücləndirmək, sağlamlaşdırmaq olarQonşu deyir ki, yox: "Onda mən deyim, sən qulaq as. Sən bu yarpaqları yandırıb kəndi tüstüyə verməkdənsə, payız başlayan kimi bağın bir tərəfində bir metir dərinliyində xəndək qaz. Yarpaqlar töküldükcə, həyət-bacada ot-alaq quruduqca onları bu xəndəyə doldur, xəndəyi vaxtaşırı sula ağaclar, həyət-baca çılpaqlaşan kimi o xəndəyin üstünü torpaqla ört. Xəndəyin torpağı aşağı yatdıqca qalan torpağı da xəndəyin üstünə əlavə elə hər dəfə həyəti suluyanda da xəndəyə bolluca su burax. Bu qayda ilə həyətdə hər il belə bir xəndək qaz əvvəl dediklərimi təkrarla, bütün bağ torpaqların bir neçə ildən sonra ən münbit torpağa çevriləcək". Qonşu bir qədər fikirə getdikdən sonra deyir, sən doğurdan da çox yaxşı biologiya müəllimisən - deməli, yarpaqlar torpağın altında çürüyərək peyinə çevrilir torpağı münbitləşdirir. O vaxtdan on ilə yaxın vaxt keçir, Kərim kişinin həyətyanı torpağı bu üsulla qızıla bərabər münbit torpağa çevrilib. Hətta, bu təcrübə bütün kəndə yayılıb,  kənddə ot-ələf tullantısını, xəzan yarpağını heç kim yandırmır, , tullantı kimi harasa atmırlar.

Baxın, bir biologiya müəlliminin düşüncəsi üzərində qurulan yanaşma nələrə qadirdir - yarpaqların tərkibindəki üzvi karbohidrogenlər yandırıldıqda məhv olur, üstəlik, atmosferə karbon qazı atır yandırıldığı yerdə torpağın humus qatını məhv edir, o ocağın yerində onillərlə heç bir bitki inkişaf etmir. Amma yarpaq digər tullantı sayılan alaq otları yandırılmadan basdırıldıqda,  torpaqdan ağac bitkilər tərəfindən əmilən maddələrin bir hissəsi yenidən torpağa qayıdır onu daha da münbitləşdirir. Bu təcrübənin qlobal şəkildə yayılması, daha genişhəcmli səmərəyə malik ola bilər.

Ekoloji maarifləndirmənin səmərəsi ilə bağlı kifayət qədər real hadisələr söyləmək olar. Məsələn, 2000-ci illərin əvvəllərində BMT-nin İnkişafın Dayanıqlığı Proqramı çərçivəsində ölkəmizin əkinçilik rayonlarının kənd qəsəbə əhalisinin gəlirlərini artırmaq məqsədi ilə təlimlər keçirilirdi. Həmin təlimlər iki mərhələdə keçirildi. Birinci mərhələdə təlimə kütləvi olaraq kənd əhalisini dəvət etdilər. İkinci mərhələ üçün isə təlimi daha yaxşı mənimsəyənləri seçib onlara konkret istiqamətdə təlimlər keçərək, normal gəlirli məşğuliyyətə sahibləndirdilər. Sözügedən təlimlərdən birinə şahidlik etdiyimizdən orada ətraf mühit üçün əhəmiyyətli olan iki məqamı oxucularla bölüşmək istərdik. Təlim keçirilən kəndin "Fətəlioğlu" adlanan bir silsilə təpəliyi vardı. Həmin təpəlik əkinə yararsız yer olduğundan kənd camaatı iribuynuzlu davarlar tövləyə çəkilən mövsümdə - qışda həyətin bir küncünə toplanan peyini yazda ora daşıyardılar. İlk baharda ətrafını lalələr bəzəyən o təpəliyin ətrafında peyin iyi üfunət qoxuyurdu, havalar qızdıqca peyin quruyur qoxu yoxa çıxardı. Beləcə, Fətəlioğlu təpəsinin ətrafında kəndin bəlkə 50-60 illik peyini yığılıb qalmışdı. Yuxarıda qeyd etdiyimiz təlimdə təlimçilər heyvan peyini ilə torpaqların münbitləşdirilməsinin bir neçə üsulunu kənd əhalisinə öyrətdilər. Bu təlimdən bir ay sonra Fətəlioğlu təpəliyinin ətrafında bir kürəklik (kürək çalov bellərdən söhbət gedir) belə peyin qalmadı. İndi həmin kənddə peyin artıq əmtəəyə çevrilib, halbuki, 30 il əvvəl onu həyət-bacanı təmizləmək məqsədi ilə xərc çəkib harasa tökmək, haralarasa tullantı kimi atmaq lazım gəlirdi. Bu isə ətraf mühitə, torpaq ehtiyatlarına mənfi təsirini göstərirdi. Belə ki, yaş peyin uzun müddət topa şəklində torpaq üzərində qalanda yaranan temperatur nəticəsində torpağın humus (qoruyucu) qatı sıradan çıxır. Amma peyin bərabər şəkildə torpağa qarışdırılanqda onu münbitləşdrir gücləndirir.

İkinci məqam fərdi təlimlərlə bağlı bir məsələdir. Kənd sakinlərindən birinə sözügedən layihə çərçivəsində yem sexi quruldu. Heyvandarlıqla məşğul olan, onunla yaxından tanış olanlar yaxşı bilir ki, qışda iribuynuzlu xırdabuynuzlu davarlar örüşə otarılmağa getməyəndə qapalı şəraitdə, əsasən quru otla qidalanmalı olur. Quru otla qidalanan heyvan isə otun 30-40 faizini tullantı kimi axurlarda saxlayır - yəni tullantıya çevirir. Əslində, otun bütün tərkibi eyni struktura malikdir, heyvan onun yumşaq hissələrini yeyir, bərk hissəsini isə tullantıya çevirir. O üzdən kənddə heyvan saxlayan kəndillər bir neçə gündən bir həmin tullantı otları yandırmaq məcburiyyətində qalırdı. Həmin tullantılar yandırılan zaman məhlədə tüstüdən nəfəs almaq olmur, ətraf tüstüyə bürünür, hər yerdən kəskin tüstü iyi gəlirdi. Bu isə sözsüz ki, insanları narahat etdiyi qədər atmosferə zərər verirdi. Haqqında söhbət açdığımız təlimlər zamanı qurulan yem emalatxanası işə düşdükdən sonra artıq heyvandarlıqla məşğul olan kənd əhalisi tullantı otu yandırmır - onu həmin emalatxanada üyüdüb qüvvəli ya şirəli yemə qarışdıraraq yenidən mal-qaraya verir. Beləcə, həm kənd əhalisinin xərclərinə qənaət edilir, həm ətraf mühitə tüstü şəklində atılan tullantıdan atmosferin canı qurtardı.

Bütün bu hadisələri nəql etməklə onu diqqətə çatdırmaq istəyirik ki, birincisi, əhalinin ətraf mühitə zərər vuran ənənəvi fəaliyyətlərini dəyişmək, bu fəaliyyəti yeni çağrışlara uyğun qurmaq imkanları olmalıdır. İkincisi isə əhali əsaslı şəkildə maarifləndirilməlidir. Hazırda elə imkanlar var ki, heç onu reallaşdırmaq üçün xərclərə ehtiyac yoxdur, sadəcə əhalini maarifləndirmək gərəkir ki, onlar bu imkandan istifadə etməklə həm qısamüddətli bəhrə götürsunlar (məhsuldarlığı artırsınlar, xərclərinə qənaət etsinlər), həm uzunmüddətli mənfəət kimi ətraf mühitin qorunmasına töhfə versinlər. Yuxarıda gətirdiyimiz misallar onlarla, yüzlərlə imkanlardan yalnız ikisinin reallaşdırılmasıdır. Hər iki imkanın reallaşdırılması həm yerli sakinlərin gəlirlərinin artmasına, həm ətraf mühitin çirklənməməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan əhalisinin maarifləndirilməsinə, ekoloji maarifləndirmənin miqyasının genişləndirilməsinə ciddi ehtiyac var. Həm , bu işlə yalnız Ekologiya Təbii Sərvətlər Nazirliyi məşğul olmamalıdır, məsələ ilə təbiətlə təmasda olan sahələrə nəzarət edən hər bir dövlət qrumu vətəndaş cəmiyyəti institutları məşğul olmalıdır. Çünki bu işin kütləviləşməsi lazımdır, bunun öhdəsindən yalnız bir nazirlik gələ bilməz. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorda fəaliyyət göstərən fermerləri yeni aqrotexniki qaydalara uyğun, ekoloji cəhətdən təmiz məhsul yetişdirmək istiqamətində maarifləndirməlidir. Ekoloji cəhətdən sağlam məhsul isə yalnız sağlam ətraf mühitə malik regionda yetişə bilər. Ona görə birinci hədəf sağlam ətraf mühitin formalaşdırılması olmalıdır.

 Paralelin
Araşdırma Qrupu

 

 Yazı  Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə çap olunub

0.23773002624512