Vətənin yaraları sağalacaq...

Vətənin yaraları sağalacaq...
 

Tapdıq ABBAS
Baş redaktor,
Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,

Qarabağ müharibə veteranı
t.abbas[email protected]list.ru

 Yaraların dərmanı xalqdadır

 Vətənpərvərlik - bizi dünyaya gətirən əcdadlarımızın ğöz bəbəyi kimi qoruyub bizə verdiyi Vətəni sevmək, özü hər şeydən əziz tutmaqdır... Hətta lazım gələndə,  canımızı tərəddüd etmədən belə, Vətən uğrunda qurban verməyə hazır olduğumuzun nümayişidir...

Çox təəssüf ki, ölkəmizin hesabına bəslənib, böyüyən gənclərin bir qismi vətəni sevmir, dövləti talayır, xalqın sərvətini dağıdır, xarici ölkələrə daşıyır. Vətənə düşmən hücüm edəndə isə, onun sərvətlərini talayıb keyf çəkən bu ünsürlər onu müdafiə etmir, əksinə, qaçıb gizlənirlər. Bunlara Vətənin vampirləri deyə bilərik...

Vətəni qorumaq imandandır, deyiblər! Lakin haqqında bəhs etdiyim ana Vətənin qoynunda böyüyən, boya-başa çatan bir qrup zəngin gənclər bu zənginliyi xalqın var-dövlətini oğurlamaq hesabına onlara bəxş edən atalarının dövlət kürsülərini əllərinə keçirib zəngin ərəb şeyxləri kimi, imansızcasına vəhşi həyat tərzi sürmələrinin fərqində deyillər...

Vətənin hər qarış torpağı uğrunda ölən, canından keçib Şəhid düşmüş qəhrəman insanların körpə yaşında yetim qalan balalarının, cavan yaşında dul qalan həyat yoldaşlarının, qəhrəman Şəhidləri əziyyətlə böyüdən valideynlərinin  məmurlar tərəfindən incidilməsini ölkəmizin çətin sağalan yarası sayıram!

Vətənin bir qudum suyunu içməyə, saf havasını udmağa, torpağı üzərində addım atmağı belə, haqq etməyən rüşvətxor korrupsioner məmurların canını Vətənə fəda etmiş qəhrəman Şəhidlərin geridə qoyub getdikləri əzizlərinə qarşı göstərdikləri qeyri-insani münasibət haqlı olaraq vətənpərvər insanların qəzəbinə səbəb olur...

Haqqında ürək ağrısı ilə söhbət açdığım Vətənimdə yaşanan təzadların bəlkə , dünyada bənzəri, yoxdur! Bu ölkədə bəzi sahələrdə hər şey hələ , tərsinə cərəyan edir. Ölkəmiz müstəqillik əldə edəndən sonra rüşvətxorların, korrupsionerlərin, oğruların, cinayətkarların çox zəngin rahat yaşamasına xalq dözmür.  Amma bu dövləti quran, onun yolunda övladlarını qurban verən xalq hər cür çətinlik içərisində səhərdən axşamadək çalışır, lakin yenə xalqa normal həyat yaşamağa imkan verilmir! Bax, bu, çətin sağalan yaramızdır!...

Düşmən işğalı altında 27 il tam xarabalığa çevrilmiş Vətən torpaqlarını 44 gün ərzində davam edən Vətən Müharibəsində azad edən qəhrəman müzəffər Ordumuzun düşmən üzərində əldə etdiyi böyük zəfərin əvvəl ölkəmizdə mövcud olan bütün çətinlikləri, ağrı-acıları, yaraların sızıltısını az da olsa, xalqımıza unutdurdu. Amma dövlətimizin qələbəsində iştirakı olmayan  rüşvətxor məmurların ölkədə yaratdığı dözülməz durumun müharibədən sonra ortadan qalxacağı barədə xalqda yaranmış ümid hələ özünü doğrultmur. Hər yerdə məmurların özbaşınalığı əvvəlki tək davam edir, yenə güclü, yenə rəzil, pis formada!...

Ermənistan-Azərbaycan müharibəsinin dayanması barədə üç dövlət rəhbəri tərəfindən 10 noyabrda imzalanan atəşkəs barədə bəyanatdan üç ay zaman keçməsinə baxmayaraq, Ordumuz tərəfindən kapitulyasiya vəziyyətinə düşən ermənilər hələ sakitləşmir, , ölkədəki rüşvətxor məmurlar həbs olunmuş yoldaşlarının acı aqibətindən düzgün nəticə çıxarmırlar...

Azərbaycan hazırda həm xarici, həm daxili düşmənlərin (rüşvətxor məmurların) üzərində qələbə çalmaq əzmi nümayiş etdirsə , daxili xarici düşmənlərin hələ , güclü qalması milli birliyin qorunmasını vacib edir. Ölkədaxili problemlərin, xüsusən əhalinin sosial müdafiəyə ciddi ehtiyacı olan aşağı gəlirli kəsiminin problemlərinin həll edilməsi indiki mərhələdə çox önəmlidir. Ölkədə yanacağın, suyun qiymətinin Tarif Şurası tərəfindən gözlənilmədən qaldırılması, qazın elektrik enerjisinin əhaliyə limitlə verilməsi ölkədə hökm sürən ciddi bahalaşma şəraitində kasb əhalinin narazılığının daha da yüksəlməsinə səbəb olduğunu dövlət mütləq diqqətə almalı ciddi tədbir görməlidir.

Qeyd etdiyim problemlərə, dərin yaralara baxmayaraq, ölkə prezidentinin 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə nəticəsində regionda durumun Azərbaycanın xeyrinə dəyişməsini təmin edərək, ölkədə əvvəlcədən elan etdiyi dərin struktur kadr islahatlarını həyata keçirməyə davam etməsi çox mühüm hadisədir.

İnsanların ölkəmizin işıqlı sabahına inamının artmasının, müharibənin məmurların ölkəmizə vurduğu iqtisadi humanitar yaraların tezliklə sağalacağına bəslədiyi ümidlərin mənbəyi, məhz cənab Prezident tərəfindən ölkədə ardıcıl uğurla həyata keçirilən köklü islahatların nəticəsində əldə olunur! Məmləkətdə qazanılan bütün uğurlar isə ölkə həyatında baş verən müsbət dəyişikliklərin xalq tərəfindən müdafiə etməsindən irəli gəlir...

0.026606798171997