İqlim dəyişiklikləri bəşəriyyəti fəlakətə sürükləyir

İqlim dəyişiklikləri bəşəriyyəti fəlakətə sürükləyir
 

Ötən əsrin ikinci yarısında cəmiyyət qarşısında ətraf mühitlə bağlı çoxsaylı ciddi mürəkkəb problemlər yaranıb. Bu problemlər bəşəri olduğu üçün qlobal problemlər adlandırılır. Sözügedən problemlər dünya ölkələrinin bütün regionlarında yaşayan əhalini əhatə edir, müasir vəziyyətə gələcəyə təhlükə yaradır. Ona görə bu problemlərin həlli üçün bütün imkanların birləşdirilməsi, dövlətlərin xalqların birgə fəaliyyət göstərməsi tələb olunur. Qlobal problemlərin sayı əhatə dairəsi müxtəlif formada müəyyən edilir. Bəzi hallarda qlobal problemlərin sayı 20-dən çox olduğu göstərilir. Lakin əsas özünü daha kəskin şəkildə göstərən qlobal problemlər 10-a yaxındır. Bunlardan da geniş əhatəyə malik olanı iqlim dəyişiklikləridir.

Artıq onilliklərdir ki, qulaqlarımız qlobal istiləşmə, qlobal soyuma, daşqınlar, sunami s. kimi terminlərə uyğunlaşmaqdadır. Mütəxəssislər bu mövzuda danışanda xüsusi qeyd edirlər ki, peşəkar yanaşmada qlobal istiləşmə qlobal soyuma terminlərini işlətmək doğru deyil - dünyada sadəcə qlobal iqlim dəyişiklikləri baş verir, bundan dolayı isə bəzi regionlarda istiləşmə, bir sıra ərazilərdə isə soyuma halları baş verir, hətta anomal hadisələri müşahidə edirik. Məsələn, son illər Ərəbistan yarımadasının nəfəskəsən istiləri bir neçə gün ara verir səhraya iyul ayında qar yağır. Şimal Buzlu Okeanı ətrafında əsrlərlə yaranmış daimi buzlaqların arealı kiçilir. Yerin qütblərdəki buzlaqları əriyərək azalır, Vikğoriya Qolfstrim hava cərəyanları öz hərəkət istiqamətlərini heç vaxt müşahidə edilməyən trayektoralarla dəyişir. Lakin dəyişən yalnız mütəxəssislərin müşahidə etdiyi məqamlar deyil. Hazırda 50-60 yaşında olan planet sakinləri aydın-açıq xatırlayır ki, onların uşaqlıq dönəmində tamamilə başqa iqlim şəraiti var idi. Məsələn, uzağa getməyək, 40-45 il əvvəl Azərbaycanın bütün ərazilərində yanvar, fevral mart aylarında uzun müddət yerdə qalan qar yağırdı. Hətta, bəzi ərazilərdə qış erkən gəlirdi, qar dekabrın əvvəllərində yağırdı. Mil düzündə yaşayan əhali ötən əsrin 40-50-ci illərində heyvandarlıqla məşğul olan tərəkəmələrdən ibarət olub. Həmin dövrdə əhalinin 90 faizindən çoxu savadsız olub. Ona görə həmin dövrün illərini əlamətinə - il ərzində baş verən əlamətdar hadisələrə görə bir-birindən fərqləndiriblər. Böyük Vətən Müharibəsindən sonrakı illərdən birini yaşlı kişilər "göy qar yağan il" kimi xarakterizə edirdilər. Əslində isə həmin il göy rəngdə qar yağmayıb, sadəcə qar yerin səthində uzun müddət - may ayına qədər qalaraq çirklənib, bəzi ərazilərdə isə qrunt sularının yay vaxtı torpağın üzərinə çıxardığı duzların təsirindən qar göy rəng alıb. Məhz buna görə , həmin ilin xarakterik adı belə alınıb. Uşaq vaxtı eşitdiyimiz sonradan təfərrüatlarını öyrəndiyimiz bu hadisəni ona görə xatırladırıq ki, təxminən 80 il əvvəl Mil düzündə qar 3-4, bəzi hallarda 4-5 ay yerdə qala bilirdisə, bugün, artıq həmin regiona qışda qar yağmır. Bu isə o deməkdir ki, sözügedən ərazilərdə iqlim istiləşməyə doğru inkişaf edib. Çünki qar, dolu yağış, əslində atmosfer qatında toplanan hidro-ehtiyatların ağırlaşaraq yer üzərinə düşməsidir. Havanın tempraturu mənfi şkalalarla müşahidə edildikdə bu yağıntı qar, kəskin dəyişkən hava layları şəraitində dolu, isti mülayim hava şəraitində isə yağış şəklində özünü göstərir. Deməli, region əhalisinin qara həsrət qalmasının yeganə səbəbi soyuq iqlim sahələrinin isti hava cərəyanları ilə əvəzlənməsidir. Bu isə birdən-birə olmur. Bu halları uzun illərin müqayisəli müşahidələri ilə aşkarlamaq mümkün olur.

Müasir dönəmdə iqlim dəyişiklikləri ən aktual problem sayılır. Hazırda iqlim dəyişiklikləri onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Mütəhərrik, tez-tez dəyişən hava şəraiti təkcə Azərbaycanda deyil, dünyanın bütün regionlarında hiss olunmaqda müxtəlif tipli cddi problemlər yaratmaqdadır. Qlobal iqlim dəyişikliklərinin səbəb olduğu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi praktiki konfransların keçirilməsində açıq şəkildə ortaya qoyur. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta tempratur 0,8 dərəcə artıb. Tempraturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Respublikamız da qlobal iqlim dəyişmələrindən onun yaratdığı fəsadlardan kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik tempratur 0,4-1,30 C- qədər artıb. Tempratur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son onilliklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında da sel daşqınların sayı gücü artıb.

Yerli beynəlxalq səviyyəli ekoloqların, bu sahədə araşdırma aparan alimlərin bir qisminin qənaətinə görə, qlobal iqlim dəyişiklikləri Yer kürəsinin yarandığı ilk vaxtlardan mövcud olub bunun qarşısını almaq, təsirlərini önləmək mümkün deyil. Həmin alimlər iddia edir ki, tarixdə Böyük Buzlaşma dövrünün yaşandığı bunun nəticəsində bir çox flora fauna nümayənqdələrinin məhv olaraq yoxa çıxdığını heç kim inkar edə bilməz. Həmin alimlərin qənaətinə görə, sonrakı dövrlərdə isə Yer üzündə soyuq hava kütlələri qütblərə, isti hava kütlələri isə Ekvator boyunca düzlənmiş -nəticədə bizim şərti olaraq adlandırdığımız iqlim qurşaqları formalaşmışdır. Beynəlxalq aləmdə mühafizəkar adlandırılan bu qrup alimlər hesab edir ki, proses davam edir biz bu prosesin qarşısını ala bilmərik.

Lakin digər qrup alimlərin fikrincə, dünyada son yüz ildə sürətlənən qlobal iqlim dəyişiklikləri məhz antropogen (insan) fəaliyyətilə bağlıdır. Ekoloqlar hesab edir ki, sənayenin iqtitsadiyyatın digər sahələrinin inkişaf etməsi nəticəsində atmosfera, su resurslarına, torpağa, meşə massivlərinə, relyef landışaftlarına s. ətraf mühit komponentlərinə ciddi ziyan dəyir. Bu zərbələr nətiəsində Yer kürəsi onu əhatə edən ətraf mühitin müxtəlif kompanentləri arasında illərlə formalaşmış balans pozulur. Balansın pozulması isə biomüxtəlifliyin pozulmasına səbəb olur. Ekoloqlar idda edir ki, qlobal istiləşməyə ən çox təsir edən amil atmosferə atılan tullantıların çoxalması bununla yanaşı Yer qabığının yaşıl örtüyünün azalmasıdır. Yəni, sənaye inkişaf etdikcə, atmosferə daha çox karbon qazı atılır, lakin karbon qazını xammal kimi istifadə edən, ondan qidalanan yaşıllıqlar azaldığından atomsferdə izafi karbon qazı çoxalır bu da istixana effekti yaradır. Bununla belə yaddan çıxarmayaq ki, müasir sənaye obyektlərinin  atmosferə atdığı tullantılar, yalnız karbon qazından ibarət deyil, onlar həm ətrafa arqon kimi ağır qazlar metallar da atır. Həmin maddələrin atmosferdə radikallar kimi qalaraq havanı çirkləndirir bununla yanaşı atmosfer qatında müxtəlif fəsadlara səbəb olur. Məsələn, atmosfer qatını öyrənən alimlər idda edir ki, izafi karbon digər ağır qazların təsiri altında Yer kürəsini Günəşin infra-qırmızı şüalardan qoruyan ozon təbəqəsi nazilir, bəzi ərazilərdə isə dağılaraq deşilir. Alimlər müşahidə etdiyi ozon qatı dəliyini "qara dəlik" adlandırırlar.

Ekoloqların fikrincə, sənaye sahələrində tullantıların tutulub zərərsizləşdirilməsi layihələri bütün dünya sənayesini əhatə edə bilsə, 30-40 il ərzində prosesi ləngitmək bununla da vəziyyəti dəyişmək mümkündür. Sənaye tullantılarını azaltmaqla yanaşı, bəşəriyyətin qarşısında duran digər məsələ Yer qabığının yaşıllaşdırılmasıdır. Hazırda Yer kürəsinin quru səthinin təxminən 30 faizi yaşıl təbəqədən ibarətdir. Bu təbəqənin 10 faiz artırılması mütəxəssislər tərəfindən baş verən mənfi proseslərin qarşısını ala biləcək çox ciddi indiqator kimi qiymətləndirirlər. Ancaq Yer kürəsinin " ciyərləri" adlandırılan Tayqa məşələrinin sürətlə qırılması, hazırda hər kəsi düşündürən çox narahatedici faktdır.

Bu istiqamətdə Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Belə ki, ölkə ərazisinin 20 faizi 30 ilə yaxın bir müddətdə işğal altında olduğundan, həmin regiondakı meşə massivləri işğalçı Ermənistan tərəfindən talan edilib. Eyni zamanda ölkənin digər ərazilərinin 97 faizinin təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını ala bilib. Hazırda ölkə ərazisindəki meşə zolaqları, milli parklar qoruqlar ildən-ilə genişləndirilir qorunur. Lakin sənaye sahəsində vəziyyət olduqca acınacaqlıdır. Belə ki, ölkə ərazisində fəaliyyət göstərən sənaye müəssisələrinin böyük əksəriyyətində tullantıların zərərsizləşdirilməsi üçün xüsusi qurğular yoxdur. Ölkə ərazisində daha çox təsadüf edilən modul tipli elektrik stansiyalarının 90 faizində tullantı zərərsizləşdirən qurğu yoxdur. Həmin stansiyalar yandırdıqları yanacağın tüstüsünü birbaşa atmosferə buraxır.

Paralelin
Araşdırma Qrupu

Yazı  Azərbaycan
Respublikasının Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

0.36709904670715