Beyləqanın icra başçısının Prezidentə xəyanəti yaxud Asif Ağayevlə “dəllal makler”in ilginc “heykayəsi”

Beyləqan icra başçısının Prezidentə xəyanəti – yaxud Asif Ağayevlə “dəllal makler”in ilginc “heykayəsi

Beyləqan rayon İcra Hakimiyyətinin “abadlıq və quruculuq” işləri üzrə sifarişçi olduğu tenderə yekun vurulub. Dəyəri 999.998 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan səkkiz) manat olan tenderin qalibi “Vaqif” firması olub. Bu barədə məlumat Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytında https://etender.gov.az/ əksini tapıb.
Xatırladaq ki, prezident İlham Əliyev Beyləqana etdiyi son səfərində rayonun abadlaşdırılması üçün Prezidentin Ehtiyyat Fondundan 1 milyon manat vəsait ayırıb. Beyləqandan aldığımız məlumata görə isə, həmin vəsaitin böyük hissəsi icra başçısı Asif Ağayev və Beyləqan mal-qara bazarının müdiri, Asif Ağayevin dostu, pulyığanı, "xozeyni" (icra başçısı Qəhrəman Qəhrəmanov məxsus evlərdə yaşayır) Qəhrəman Qəhrəmanov tərəfindən mənimsənilib.
Qeyd edək ki, “Vaqif” firması 2019-cu il iyul ayının 29-da daha bir tenderin, Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinin “Yolların əsaslı təmiri” lotu üzrə sifarişçi olduğu, 444.881 (dörd yüz qırx dörd min səkkiz yüz səksən bir) manatlıq daha bir tenderin qalibi olub.
Qısaca da olsa, oxucuları Beyləqan rayonunda mal-qara bazarının müdiri kimi tanınan Qəhrəman Qəhrəmanovun məşğuliyyəti ilə ötəri tanış edək.
Qəhrəman Qəhrəmanov bir müddət əvvəl Bakı şəhəri, Səbail rayon, Badamdart qəsəbəsi ərazisində daşınmaz əmlakın - mənzillərin və torpaqların alqı satqısı, kirayyəsi işi ilə (maklerlik fəaliyyəti) məşğul olub. Ondan bir neçə il sonra Səhiyyə Naziri Oqtay Şirəliyevin yaxın qohumlarının biri ilə qeyri-rəsmi nigaha girib və bu qeyri-rəsmi izdivacdan sonra Oqtay Şirəliyev onu irəli çəkib, nazirliyin Təmir-tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edib. O zamandan nazirlik tərəfindən ölkənin səhiyyə obyektlərinin təmir-tikinti işləri üçün dövlət tərəfindən hər il ayrılan milyonların bir hissəsini mənimsəmək hesabına varlanıb, oliqarxa çevrilən Qəhrəman Qəhrəmanov 3 ildir Beyləqanın icra başçısı Asif Ağayevlə əlbir olub, rayonun abadlıq işinə ayrılmış dövlət vəsaitlərinin başını əkmək və mənimsəməklə məşğuldur. Ayrılmış dövlət vəsaitlərini mənimsəmək üçün xərclənən həddən artıq şişirdilir.
Qəhrəman Qəhrəmanov Beyləqan rayon ictimaiyyəti arasında kriminal şəxs kimi tanınır. İcra başçısı, rayon hüquq mühafizə orqanlarının rəhbərlərinə "xidmət" edən Qəhrəman Qəhrəmanov bir müddət əvvəl Beyləqan rayonunda, dindarların ciddi etirazına baxmayaraq, icra başçısının köməyilə şəhər məscidinin binası üçün ayrılmış torpağı mənimsəyib və həmin torpaqda özünə və yaxınlarına ev tikdirib. Məhz bu gündə həmin evlərdən birini Asif Ağayevə bağışlayıb.
Rayon İctimaiyyəti və doğulduğu Eyvazallar kənd camaatı arasında Qəhrəman Qəhrəmanovun Oqtay Şirəliyevlə qeyri-rəsmi qohum olduqdan sonra ölkənin səhiyyə sistemində təmir-tikinti işlərinin icrasına rəhbər təyin olunub və  "aftoretə" çevrilib, maxinasiyalar hesabına milyonlara sahib olması hər gün danışılır. Səhiyyə Nazirliyinin paytaxtda və rayonlardakı tibb ocaqlarının təmir-tikinti işləri Qəhrəman Qəhramanova məxsus “Vaqif” Firması tərəfindən həyata keçirilib. Bizə çatan məlumatlarda Qəhrəman Qəhrəmanova məxsus şirkətlər Səhiyyə sistemində keçirilmiş çoxsaylı tenderlərin qalibi elan olunub və dövlətin ayırdığı pulların əksər hissəsi mənimsənilib.
Ölkə mediasında və rayon ictimaiyyəti arasında geniş yayılan məlumatlarda, Qəhrəman Qəhrəmanov Beyləqanın əvvəlki icra başçıları İrşad Əliyevlə, Vaqif Abdullayevlə yaxın olduğu kimi, Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra, icra başçısına rayonda yenə yaxın olan yeganı şəxs, məhz Qəhrəman Qəhrəmanovdur.
Bu yaxınlıq o qədər sıxdır ki, icra başçısı oğlunun toy mərasimi təşkil edəndə belə, həmin toya Beyləqandan yalnız Qəhrəman Qəhrəmanov dəvət olunub. Bu "yaxınlığın" nəticəsidir ki, icra başçısı Beyləqan rayonunun “tikinti abadlıq və digər işlərini” yalnız Q. Qəhrəmanova məxsus “Vaqif” firmasına həvalə edib. Yaranmış bu münasibətdən dolayı da icra başçısı Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” firmasını tenderlərin mütləq qalib elan edib. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, bu "etibarın" məqsəd heç də rayonda görülən abadlıq işlərinin keyfiyyətli və dözümlü olması ilə bağlı deyil, əsas məqsəd görülən işlərin hər qarşında korrupsiya ilə əldə olunan oğurlanmış dövlət vəsaitinin icra başçısına çatdırılmasının vaxtlı-vaxtında çatdırılmasıdır.

Apardığımız araşdırmalar nəticəsində Qəhrəman Qəhrəmanova məxsus “Vaqif” Firmasının Beyləqan şəhəri kanalüstü ərazidə, eləcə də Mücirəddin Beyləqani heykəlinin ətrafında həyata keçirtdiyi abadlıq-quruculuq işlərinin əksəriyyəti olduqca keyfiyyətsizdir və bu əraziyə xərclənən vəsaitin böyük bir hissəsinin mənimsənilməsi kənardan da aydın görünür.
Ərazidəki sakinlər bildirirlər ki, sakinlərin gedib gəldiyi səkilərə asfalt vurulmasına hələ indiyə qədər heç yerdə rast gəlməyiblər. Ancaq Beyləqan rayonunda səkilərə döşənən üzlük daşlar sökülərək əvəzində asflat çəkilib. Belə bir "texnologiyaya" hələ heç bir öklədə rast gəlinməyib. Bildirilir ki, hansı ki asfalt vurduqları səkilərə, sənəd üzərində fərqli, bahalı üzlük daş örtüyü döşənmiş kimi qeyd edilib. Bunun adın nədir? Bu, Prezidenti aldatmaq, prezidentə xəyanət, dövlət vəsaitini mənimsəmək deyilsə, bəs nədir?
Ona görə də, icra başçısı Asif Ağayevlə mal bazarının sahibi, "Vaqif" firmasının rəhbəri Qəhrəman Qəhrəmanovun 'işbirliyi" fəaliyyətində rayon əhalisinə bəlli olan bu cinayət hallarının Respublikanın Baş Prokuroruluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının tam zamanıdır.

Mənbəə: Realmedia.az

2.4348959922791