İsrafçılıq bəşəriyyəti cəhənnəmə aparan yoldur

 Allahın verdiyi nemətləri israf etməsək, hamıya kifayət edər

 Yer üzünün ətraf mühit problemlərinin bəlkə böyük əksəriyyəti israfçılıqdan qaynaqlanır. İnsanlar israfçılıq etməsəydilər, bu gün qarşılaşdığımız ekoloji problemlərin yarıdan çoxunu aradan qaldırmış olardıq. Sadə bir misal, avtobusda ya şəxsi avtomobilində işıqforun qırmızı işığı yanarkən ətrafınızda dayanan digər avtomobillərə diqqət edin - avtomobillərin böyük əksəriyyətində sürücüdən başqa heç kim olmur. Bu, Bakı şəhərində daha qabarıq şəkildə özünü göstərir. Bu mənzərənin özü çox zərərli israfçılığın bir nümunəsidir. Belə ki, hər bir mühərrik ətraf mühitə zərərli maddələr ifraz edən mənbədir. Biz bir avtomobillə, yəni bir zərərli maddə mənbəyi ilə 4-5 nəfər eyni məsafəni qət edə bildiyimiz halda, hərəmiz bir avtomobillə hərəkət edirik nəticədə, ətraf mühitə daha çox zəhərli maddələr atırıq. Bu artıq vətəndaşların iradəsi ilə həll edilə biləcək bir problem deyil, çünki kiməsə irad tutmaq mümkün olmur ki, maşın sürürsən, ətraf mühiti çirkləndirirsən s. Ona görə , bu problemin həlli ilə idarəedici orqanlar, aidiyyəti qurumlar məşğul olmadıdırlar. Bunun üçün müxtəlif layihələr düşünülür, reallaşdırılır cəmiyyət bunun bəhrəsini görür. Məsələn, əksər Avropa ölkələrində ötən əsrin sonlarından insanları bu cür çirklənmə mənbələrindən xilas etmək üçün onların xərcləri artırıldı. Tutaq ki, Belçikada avtomobil sürücüləri aldıqları hər qallon (4 litrə yaxın ölçü vahidi) benzinə əlavə olaraq 20 sent ekologiya təmizliyi haqqı ödəməyə məcbur edildilər. Avropanın müxtəlif ölkələrində bu məbləğ müxtəlif nominasiyalarda tətbiq olunurdu, maksimum məbləğ Böyük Britaniyada tətbiq edilib ki, bu da 50 sent olub. Satılan yanacağın üzərinə əlavə edilən bu məbləğ sosial video-çarxlar vasitəsi ilə əhaliyə çatdırılır izah olunurdu ki, bu vəsait avtomobillərin ətraf mühitə atdığı zərərli maddələrin təmizlənməsinə xərclənir. Bu layihənin bir hədəfi o idi ki, vətəndaşlar lüzumsuz yerə avtomobildən istifadə etməkdən çəkinsinlər. Layihə çərçivəsində bu yöndə sosial video-çarxlar hazırlanır,  televiziyalarda nümayiş etdirilirdi. Məlum olduğu kimi, Avropa ölkələrinin böyük əksəriyyəti xristian cəmiyyətidir ki, bu dində israfçılıq haqqında o qədər geniş tövsiyələr yoxdur. Lakin bu dövlətlər həmişə vətəndaşlarını qənaətə, israfçılıqdan qaçmağa çağırır. Azərbaycan isə müsəlman ölkəsidir, burada əhalinin 95 faizi özünü müsəlman hesab edir. Elə isə görək, İslam dinində israfçılığa münasibət necədir, Qurani-Kərim bu barədə bizə nələri tövsiyə edir? Ümumiyyətlə, israf sözünün lüğəvi mənası "həddi aşmaq, ifrata yol vermək" deməkdir. İsraf lüzumsuz istehlak necə gəldi, xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək israf sayılır.

Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir:

"Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz". Yenə Quran bu mərəzə tutulanların şeytanla yaxınlığından bəhs edir: "Qohum-əqrəbaya da, miskinə , (pulu qurtarıb yolda qalan) müsafirə haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!". İslam dininə görə, israf varlı-yoxsul fərqi olmadan bütün möminlərə qadağandır. Peyğəmbərimiz (s.ə.s.) Allahın lütf etdiyi nemətlərin düzgün istifadəsi haqqında buyurur: "Bir çay kənarında da olsan, dəstəmaz alanda yenə israf etmə".

İsraf bərəkətin yox olmasına gətirib çıxarır. Qənaət isə bərəkət gətirir.

Bu yerdə Cəmaləddin Əfqaninin bir fikrini xatırlatmaq yerinə düşər: "Avropada İslam gördüm, müsəlman görmədim. Şərqdə müsəlman gördüm, İslam görmədim!". Doğrudan da belədir, Avropada İslam dini dəyərlərini öz cəmiyyətlərinə gətirərək - dürüstlük, haqq-ədalət, israfçılıqdan qaçmaq, qənaətcil olmaq s. kimi dəyərlər əxz ediblər, amma özlərini müsəlman hesab etmirlər. İslam dünyasında isə hamı özünü müsəlman sayır, lakin İslam dininin yuxarıda qeyd etdiyimiz onlarla qeyd edə bilmədiyimiz çağrışlarına məhəl qoymurlar.

Bəli, əgər biz gələcəkdə yer üzünün cəhənnəmə çevrilməsini istəmiriksə, ətraf mühitdən, onun sərvətlərindən təbii ehtiyatlarından qənaətlə istifadə etməli, Allahın bizə bəxş etdiyi nemətləri israf etməməliyik. Təəsslüf ki, hələ bu çağrışlar insanlara çatmır, onlar anlamır ki, o daha geniş torpaqları zəbt edib, onu dalbadal eyni bitki ilə yormaqla qısa zaman ərzində bir qədər sərvət, pul qazana bilər, amma həmin pulu ona bəxş edən təbii sərvət - torpaq sıradan çıxacaq. Ona görə sahələri genişləndirərək ekstensiv üsullarla bol məhsul götürməklə torpaqları yorub sıradan çıxarmaqdansa, intensiv aqrotexniki üsulları tətbiq  edərək, torpaqları azot, fosfor kalium  kimi kimyəvi, peyin, üzvi çürüntülər s. kimi üzvü gübrələrlə yemləyib hər il bol məhsul götürmək torpağı sağlam saxlamaq olar.

Yuxarıda Avropa ölkələrinin keçmiş təcrübəsinə istinad etdik, artıq Avropa ölkələrinin böyük əksəriyyəti həmin təcrübədən əl çəkib, bunu səmərəli üsul saymırlar. Artıq Avropada "Avro-5" yanacaq standartları tətbiq edilir. Azərbaycanda da bu istiqamətdə müəyyən işlər həyata keçirilir, lakin hələ ki, bir səmərəsi hiss olunmur. Ümumiyyətlə, "Avro" standartları nədir bunlar üçün həyata keçirilir?

Bakı şəhərinin mərkəzində keçirdiyimiz sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının heç birinin bu məsələdən dəqiq məlumatı yoxdur. Respondentlərin yarıdan çoxunun fikri bundan ibarətdir ki, maşının mühərriki avro standartlarına uyğun gəlməyəndə cərimə yazırlar, vəssalam. Heç vətəndaş özü bilmir, o, etməlidir ki, avtomobilinin mühərriki avro-standartlarına uyğun gəlsin.

Əslində isə "Avro" standartlarının hədəfi atmosferə atılan zərərli maddələrin miqdarını azaltmaqdır. Birinci növbədə, hər hansı bir ölkədə bu standartların tətbiqinə başlanırsa, həmin standartlara uyğun yanacaq istehsal edilməlidir. "Avro" standartlarına uyğun qısa (benzin) uzun (dizel) benzol zəncirinə malik yanacaqların daxiliyanma mühərriklərində yandığı zanan daha az aralıq maddələr alınır. Başqa sözlə desək, yanacaq daxiliyanma mühərriklərində demək olar ki, sona qədər yanır, tullantı yalnız oksidləşmə zamanı ayrılan karbon qazından ibarət olur. Adətən, belə standarta uyğun yanacaqlarla işləyən avtomobillərin səsboğucusundan çıxan tüstü- tullantı gözlə görünmür. Lakin yerli yanacaqla işləyən mühərriklər ya qara tüstünün müşayəti ilə işləyir. Bu o deməkdir ki, həmin yanacaq aşağı keyfiyyətə - aşağı yanma qabiliyyətinə malik olduğu üçün mühərrikdə tam yanmır, nəticədə, atmosfer üçün zərərli olan aralıq maddələr alınır. Bunun üçün mühərrikin normal işləməsi vacib amillərdən biridir. Ona görə Avropa dövlətlərində ölkənin avtomobil parkının mütəmadi yenilənməsinə şərait yaradılır. Bəzən avtomobil şirkətləri hətta çox səxavətli aksiyalar keçirir. Məsələn, İtaliyanın "Fiat", Fransanın "Reno" avtomobil istehsalçıları əvvəlki illərdə istehsal etdiyi avtomobilləri sahiblərindən çox cüzi vəsait almaqla, onlara müasir standartlara malik avtomobillər verdi. Bu layihənin maliyyələşdirilməsi üçün həmin ölkələrin dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə ayrılan vəsaitlərin bir hissəsi cəlb olunmuşdu. Həmin vəsaiti xərcləməklə ölkənin avtomobil parkının 20 faizə qədəri yeniləndi bu da ətraf mühitin mühafizəsinə öz töhfəsini verdi. 2010-cu ildə Rusiya Federasiyası buna bənzər bir layihə həyata keçirdi. Yerli istehsal olan işlək avtomobilləri təhvil aldılar, yeni avtomobilin dəyərinin 25 faizini avtomobil sahibi kredit yolu ilə ödədi, qalan hissənin 50 faizini dərhal, qalan 25 faizini isə kredit yolu ilə dövlət ödədi. Bu layihə nəticəsində Rusiyanın avtomobil parkının 15 faizindən çoxu yeniləndi. Avtomobil parkının yenilənməsi isə istənilən şəraitdə ətraf mühitin çirklənmə səviyyəsini aşağı salır. Beləliklə, biz Allahın verdiyi nemətlərdən olan havaya qənaət etmiş oluruq, onun israf edilməsindən qaçırıq.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının avtomobil sənayesi lazımi səviyyədə inkişaf etmədiyi üçün bu tip layihələrin ölkəmizdə reallaşdırılması mümkün deyil. Lakin bu o demək deyil ki, Azərbaycan hökuməti ölkənin avtomobil parkının yenilənməsi üçün heç bir görə bilməz. Birincisi, müasir avtomobil şirkətləri artıq bir ölkənin sərhədlərini aşaraq, transmilli korporasiyalara çevrilib. Ona görə istənilən məşhur avtomobil şirkəti ilə bənzər layihələri reallaşdırmaq olar. Məsələn, Azərbaycanda daha populyar olan "Mersedes" şirkətinin respublikamızda olan avtomobillərinin yeniləri ilə əvəzlənməsi üçün bir layihə reallaşdırmaq mümkündür. Bununla yanaşı, ölkəmizə avtomobil idxalının iqtisadi siyasət hədəfini dəyişməklə biz avtomobil parkını yeniləyə bilərik. Məsələn, qanuna elə dəyişikliklər edilə bilər ki, ölkəyə idxal edilən təzə maşınlara görə heç bir gömrük rüsumu alınmaz - təzə maşınlar gömrük rüsumundan azad edilə bilər. Nisbətən yeni nəsil avtomobillərə daha az, köhnə nəsil avtomobillərə isə daha çox gömrük rüsumu tətbiq etməklə, avtomobil parkını yenilənməyə meyilləndirmək mümkündür. Bununla yanaşı, müəyyən nəsil maşınlardan ölkə daxilində istifadəyə qadağa qoymaq olar. Lakin həmin maşınların sahiblərinə dövlət büdcəsi hesabına kompensasiyanın verilməsi təmin olunmalıdır. Əks halda, bu mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə vətəndaşın Avropa İnsan Haqları Məhkəməsinə mülkiyyət hüququnun bərpası iddiası ilə müracət etmək hüququ yarana bilər.

Ümumiyyətlə, cəmiyyətdə qənaətli vərdişlərin oturuşması, bütün nemətlərə sərvətlərə qənaətcil yanaşmanın formalaşması üçün cəhdlər göstərmək, nemətlərin tükənən olduğunu insanlara çatdırmaq çox vacibdir.

 Paralelin
Araşdırma Qrupu

 

  Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

1.5499539375305