Su ehtiyatlarının qorunması və sağlamlaşdırılması aktual məsələlərdən biridir

Ümumiyyətlə, su Yer kürəsində həyatın varlığını təmin edən dörd əsas amildən (hava, su, torpaq günəş) biridir. Ona görə , su hövzələrinin çirklənmədən qorunması, suya qənaət s. hər bir cəmiyyət üçün prioritet məsələlərdən biridir. Azərbaycanda isə bu məsələ daha aktual olmalıdır, çünki ölkəmizin yeraltı yerüstü su ehtiyatları məhduddur. Məsələn, respublikamızın ən böyük şəhəri olan Bakı əsrlər boyu su təchizatından əziyyət çəkib, əhalinin içməli suya olan tələbatı yalnız ötən əsrin əvvəllərində "Şollar-Bakı" su kəmərinin çəkilişindən sonra minimum həddə təmin edilib. Artıq cəmiyyətdə aforizmə çevrilən "Su həyatdır" ifadəsi bəlkə elə bu çətinliklərdən qaynaqlanıb. Hazırda ölkənin bütün ərazilərində əhalinin içməli suvarma suyuna əlçatanlığı orta səviyyədə təmin edilib, bu istiqamətdə işlər davam etdirilir. Su hövzələrinin çirkləndirilməsi suyun israf edilməsi hökumətin ölkə əhalisinin su təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərin səmərəsini azaldır. Ona görə hər bir ölkə vətəndaşından tutmuş ən böyük müəssisələrə qədər, hər bir su istifadəçisi su hövzələrini çirkləndirməməyə sudan səmərəli istifadə etməyə çalışmalıdr.

Qeyd edək ki, ölkəmizin bir sıra regionlarında yerüstu sularla yanaşı, yeraltı su ehtiyatları da mövcuddur ki, onlardan əksər hallarda içməli su, bəzi hallarda isə suvarma suyu kimi istifadə edilir. Yeraltı sular həm çeşmələr şəklində təbii formada, həm artezian qurğuları vasitəsi ilə süni şəkildə çıxarılaraq istifadə edilir. Yeraltı ehtiyatların üstünlüyü ondan ibarətdir ki, o radioaktiv şüalanma istisna olmaqla, başqa antropogen üsulla çirkləndirilə bilmir. Amma, bu ehtiyatlardan israfçılıqla istifadə daha çoxdur. Bir görürsən ki, ölkənin aran rayonlarında bir yaşayış məntəqəsində 5-10 artezian quyusu var onlar bütün sutka ərzində boşuna axır, sakinlər yalnız oradan qablarla su götürür. Suyun qıt olduğu ölkədə belə hallara yol verilməməlidir.

Bütün dünya su resursları ilə ölkəmizin su resurslarını müqayisə etsək, təxminən dünyanın istifadəyə yararlı yerüstü su ehtiyatlarının 2-3 faizi Azərbaycanın payına düşür. Qonşularımız olan, Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə yerüstü su ehtiyatlarımızın həcmi çox kiçikdir - Cənubi Qafqazın su ehtiyatının yalnız 15 faizi respublikamızın payına düşür. Regionda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Ölkəmizin bu cür məhdud su ehtiyatlarına malik olması su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Belə ki, Qafqazın yerüstü su ehtiyatları əsasən Böyük Qafqaz, qismən Kiçik Qafqaz dağ silsilələrinin ətrafında yerləşir ki, bu dağ massivindən Azərbaycanın payına az bir hissəsi düşür. Digər tərəfdən, sözügedən ərazilər onilliklərdir ki, erməni silahlı birləşmələrinin işğalı altında olub. Yalnız ötən ilin sentyabr-noyabr aylarında baş verən İkinci Qarabağ müharibəsi zamanı həmin ərazilər işğaldan azad edilib.

Respublikamızın qiymətləndirilən istifadəyə yararlı su ehtiyatı 30,9 milyard kubmetrdir. Həmin su ehtiyatlarının 34 faizi daxili su  hövzələrində, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır.

Ölkədə quraqlıq keçən illərdə su ehtiyatları 22,6-27,0 kubkilometrə qədər azalır. Kür Araz çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində istifadə olduduğudan suyun həcmi 20% qədər azalır. Bu da ölkədə su çatışmazlığının artmasına gətirib çıxarır Azərbaycanda su tələbatının ödənilməsində çətinlik yaradır.

Ölkənin əsas su mənbələri olan Araz Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi vəziyyəti daha da ağırlaşdırır. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur bütün bunlar ölkədə əhalinin içməli su təchizatına, eyni zamanda, aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir.

Ölkə ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 kvadratkilometrdən böyükdür. Rəsmi mənbələrin məlumatlarında qeyd olunur ki, mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ s. zirvələr olan yüksəklik zonada yerləşirlər); subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər - Sarısu, Hacıqabul, Mehman, Ağgöl s.); bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunur- Göygöl, Maralgöl, Ağgöl, Qaragöl s.); laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər-Gümüşovan, Ağzıbirçala s.); karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər); sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay s. çayların hövzələrində yerləşirlər); relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər-Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl s.). Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 kvadratkilometr, həcmi 59,1 mln. kubmetr). Dəmiraparançayın hövzəsində 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 kvadratkilometr, həcmi 0,11 mln. kubmetr) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.

Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə həmin zirvələrin yamaclarında saxlanılıb. Morfoloji tipinə görə Respublikanın dağ buzlaqları iki əsas tipə bölünürlər:

Dağ yamaclarının buzlaqları (qar, asılı qar, asılı buzlaqlar)

Dağ zirvələrinin buzlaqları (yastı zirvə buzlaqları)

Birinci tip buzlaqlar Baş Qafqaz silsiləsinin Bazardüzü, Bazaryurd, Tufan başqa zirvələrinin yamaclarında, ikinci tip buzlaqlar isə Yan silsiləsinin Şahdağ zirvəsində müşahidə olunur.

Ölkə ərazisində formalaşan xaricdən transsərhəd çayları vasitəsi ilə ölkə ərazisində cəmləşən su ehtiyatlarına bir sərvət kimi baxılmalıdır. BMT-nin Dayanıqlı İnkişaf Fondunun araşdırmalarına görə təxminən 50 ildən sonra dünyanın bir sıra ölkələrində içməli su çatışmazlığı yaranacaq. Düzdür, bu gün həmin ölkələr sırasında Azərbaycanın adı yoxdur, amma nəzərə almalıyıq ki, bizim su ehtiyatlarımız da məhduddur.

Ölkənin ərazilərində belə bir tendensiya var - bütün kanalizasiya çirkabı su hövzələrinə axıdılır. Məsələn, Beyləqan Ağcabədi şəhərlərinin kanalizasiya çirkabı bütünlüklə, heç bir təmizləmə prosesinə məruz qalmadan subasma mənşəli olan Ağgölə axıdılır. Qeyd edim ki, Ağgöl əsasən Kür çayının daşqınları nəticəsində yaranır, suyu şor deyil, amma Kür çayında suyun çirklənmə səviyyəsi yüksək olduğundan, burada da suyun çirklənmə səviyyəsi yüksəkdir. Üstəlik, bu hövzəyə axıdılan çirkab göldə suyun çirkliliyini bir qədər artırır. Ağgölə çirkab suları axıdılmasa ya həmin çikrab suları Avropa standartlarına uyğun olaraq təmizlənərək gölə ötürülsə, su qıtlığı zamanı bu gölün ehtiyatlarından istifadə etmək olar. Ekoloqlar bunu onunla əsaslandırırlar ki, gölün heyvanat aləmi zəngin olduğu üçün kənar müdaxilə olmadığı halda, gölün suyunun çirklilik səviyyəsi bir neçə dəfə azala bilər.

Digər bir problem isə bölgələrdə yerləşən istehsal emal müəssisələrinin tullantılarının çirkabının su hövzələrinə axıdılmasıdır. Hazırda ölkə ərazisində bu işə nəzarət edən konkret qurum mövcud deyil. Bu problemə yayğın şəkildə yalnız Ekologiya Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Nazirlik bunu bir problem olaraq qeydə ala bilər, lakin bu problemi yaradan subyektin məsuliyyətə cəlb edilməsi qurumun səlahiyyətlərinə aid deyil. Ona görə su hövzələrinə yaxın olan istehsal emal müəssisələri öz tullantılarını rahatlıqla həmin su hövzələrinə axıdırlar. Hətta, yeni istehsal emal sexləri tikilərkən su hövzələrinə yaxınlığı nəzərə alınır ki, tullantıları zərərsizləşdirmədən həmin hövzlərə axıtmaq mümkün olsun.

Bu gün ölkə daxilində vəziyyət belədirsə, biz Kür çayının qonşu dövlətlərin ərazisində çirklənməsinə qarşı necə mübarizə apara bilərik? Belə ki, Kür çayı ilə birbaşa əlaqəsi olmayan Ağgölün suyu Kür çayının suyundan daha çirklidir. Yəni biz birinci növbədə ölkə daxilindəki su hövzələrinin çirklənməsinin qarşısını almalı, onlarda toplanan su ehtiyatlarının çirklilik səviyyəsini azaltmalıyıq, bundan sonra qonşu ölkələrə nümunə göstərərək bunu onlardan tələb edə bilərik.

 Məlum olduğu kimi, Azərbaycan ərazisinə daxil olan çaylardan ən çox çirklənəni Kür çayıdır. Bu çay qismən Türkiyə, əsasən isə Gürcüstan ərazisində çirkləndirilir. Kürün Gürcüstan hövzəsində fəaliyyət göstərən bir neçə zavod öz tullantılarını heç bir təmizləmə aparmadan çaya axıdır. Bu səbəbdən Kür çayının Azərbaycana aid olan hissəsində su texniki su parametrlərinə uyğun gəlmir. Yəni bu su ilə becərilən meyvə-tərəvəzi belə, yemək insan orqanizmi üçün təhlükəlidir. Ona görə ekoloqlar Gürcüstan hökuməti ilə hər hansı bir razılaşmaya nail olana qədər Kür sularının təmizlənməsini təklif edib. Mütəxəssislərin fikrincə, Mingəçevir su anbarının ətrafında belə bir qurğunun quraşdırılması bununla da Kür çayında suyun təmizlik səviyyəsini bir neçə dəfə yüksəltmək - ən azı suyun tərkibindəki ağır metalların çıxarılmasına nail olmaq mümkündür.

Digər tərəfdən, hökumətlərarası komissiyalarda bu məsələ qaldırıla, Gürcüstan hökumətindən Kür hövzəsində fəaliyyət göstərən zavodlara nəzarətin təmin edilməsini tələb etmək mümkündür. Bu cür su hövzələrini çirkləndirməklə, əslində Gürcüstan hökuməti qoşulduğu ekoloji konvensiyaları pozur. Sadəcə olaraq bu barədə əsaslandırılmış mütəxəssis rəyi formalaşdırıb Gürcüstan hökumətinə təqdim etmək lazımdır.

 Paralelin
Araşdırma Qrupu


Yazı Azərbaycan
Respublikası
Mediianin inkişafı
agentliyinin maliyyə
dəstəyi ilə çap olunub

 

1.2370600700378