Çin peyvəndinin ikinci dozası gec vurularsa...

 

Braziliyada aparılan klinik sınaqlar zamanı “CoronaVac”ın ikinci dozasını sonradan qəbul edənlərdə peyvəndin təsirinin 20 faizdən daha yüksək olduğu təsbit edilib.

“Reuters” bu barədə Çinin “Sinovac” şirkətinin verdiyi açıqlamaya əsasən məlumat yayıb.

Şirkətin sözçüsü bildirib ki, peyvəndin ikinci dozasını üç həftə sonra vurduran təxminən 1 400 insanda peyvəndin qoruma təsiri təxminən 70 faiz olub.

O qeyd edib ki, klinik tədqiqatlarda iştirak edən bəzi könüllülər sonradan peyvəndin ikinci dozasını müxtəlif səbəblərdən gec vurdurublar, digər tərəfdən bu qrup üçün nəticələr elmi cəhətdən daha az etibarlıdır.

1.7867050170898