ABŞ Yəmənin “Ənsar Allah” hərəkatını terror təşkilatları siyahısına daxil etdi

 

ABŞ Yəmənin “Ənsar Allah”(Husilər) hərəkatını terror təşkilatları siyahısına daxil edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bundan əlavə, ABŞ Dövlət Departamenti “Ənsar Allah” təşkilatının lideri Əbdül-Məlik Husini, onun qardaşı və hərbi komandir Əbdül-Xaliq əl-Husini qlobal terrorçular siyahısına daxil edib.

1.4126260280609