Antalya-Moskva reysi ilə uçan təyyarənin şassisi zədələnsə də, yerə enə bilib

 

Şassisi zədələnmiş təyyarə Moskvanın Şeremetyevo hava limanına uğurlu eniş edib.

TASS agentliyi xəbəri Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

“Şassisi zədələnmiş Antalya - Moskva marşrutu ilə hərəkət edən təyyarə Şeremetyevo hava limanına eniş edib. Təyyarənin enişi normal qaydada reallaşıb”, – deyə məlumatda qeyd olunub.

Hazırda təyyarədə baş vermiş nasazlığın səbəbləri dəqiqləşdirilir.

1.4817519187927