Səlcuq Bayraqdar “WhatsApp”dan imtina edib
“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar "WhatsApp" tətbiqindən imtina edib.
BiznesMedia Türk mediasına istinadən xəbər verir ki, Bayraqdar bu barədə tvitter hesabında yazıb. O, bundan sonra "BiP", "Telegram, "Signal" kimi tətbiqlərdən istifadə edəcəyini bildirib.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.
10:52
11 Yanvar 2021