Vətən sizi heç vaxt unutmayacaq!

Vətən sizi heç vaxt unutmayacaq!
 

Siyahim Dəmirov: "Canımı belə əsirgəmədən, torpağımda son erməni əsgəri qalana qədər döyüşəcəm, mənə heç kim "dur" əmri verməsin!"

 İkinci Qarabağ müharibəsi başlayandan Qarabağ uğrunda qızğın savaş gedir. Bu müharibə müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə müşayiət olunsa da, itkilərimiz də var. Hər biri bir ordunun əvəzi olan onlarla qəhrəman oğullarımız bu savaşda şəhidlik zirvəsinə yüksəlib, yaralılarımız var. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Lakin Oğuz elinin igidləri tükənməzdir, hər şəhidimizi əvəzləmək üçün yüzlərlə igidimiz sırada hazırdır.

 Biz həm özümüzün məhdud, həm də düşmənin kütləvi itkilərinə yol verməmək üçün məhz 30 il səbr etdik - problemin sülh yolu ilə çözülməsi tərəfdarı olduq. Amma düşmən və onun havadarları bunu anlamadı. Ermənilər elə bildi ki, Azəri türklərinin gözünü qırıb, məğlubiyyətlə barışdırıb. Ermənistan siyasi hakimiyyətinin bu səhvinin cəzasını daha çox erməni xalqı çəkir, erməni gəncliyi üçün Dağlıq Qarabağ və bütün işğal altındakı Azərbaycan torpaqları "ətçəkən maşına" çevrilib. Hər gün yüzlərlə erməni əsgəri Azərbaycan Ordusunun mərmiləri altında tələf olur.Erməni Hərbi və siyasi caniləri Azərbaycan və erməni xalqı qarşısında bunun cavabını vermək məcburiyyətində qalacaq.

Təəssüflər olsun ki, məhdud sayda olsa da, Azərbaycan da itkilər verir, igidlərimiz Vətən uğrunda savaşda canlarına qıyaraq, şəhidlik zirvəsinə yüksəlir. Belə igidlərimizdən biri də 13 sentyabr 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulub, boya-başa çatmış, xüsusi təyinatlı peşəkar döyüşçü Dəmirov Siyahim Əlizamin oğludur. Siyahim 18 yaşı tamam olandan sonra peşəkar döyüşçü olmağı qarşısına məqsəd qoyub. Düşmənlə üzbəüz döyüşmək, ondan qısas alaraq Vətən torpağını işğaldan azad etmək Siyahimin ən böyük arzusu idi. O, müxtəlif vaxtlarda lokal toqquşmalarda iştirak edib, onlarla düşmən diversantının məhv edilməsinə birbaşa töhfə verib. Xüsusi döyüş istedadına malik olan Siyahim həmişə cəbhənin ən kritik nöqtələrində, onlarla uğurlu əməliyyatların iştirakçısı və təşkilatçısı olub. Aprel və Tovuz döyüşlərinin aktiv iştirakçısı olub, öz döyüş qabiliyyəti, igidliyi və şücaəti ilə başqalarından fərqlənib. İkinci Qarabağ müharibəsinin ilk günlərində, azad edilmiş vətən torpağında, Vətən savaşının başlanması münasibəti ilə Siyahim öz taboru qarşısında qurban kəsib. Həm döyüş yoldaşları, həm də dost-tanışları deyir ki, Siyahim çox güvənli və etibarlı bir igid idi. Qeyd etdiyimiz qurban kəsmə mərasimində o, silahdaşları qarşısında Azərbaycan bayrağını öpərək deyib: "Bu gün siz döyüşçülər mənim üçün dünyanın ən əziz insanlarısınız, sizin qarşınızda bildirirəm ki, mən canımı da Vətən yolunda qurban deyirəm, canımı belə əsirgəmədən, torpağımda son erməni əsgəri qalana qədər döyüşəcəm, mənə heç kim "dur" əmri verməsin!".

Siyahim Dəmirov son döyüşdə bir neçə silahdaşı ilə birlikdə düşmən ordusunun mühasirəsinə düşür. Döyüş yoldaşları belə qərara gəlirlər ki, yalnız bir istiqamətdə mühasirədən çıxmaq imkanı var, lakin bunun üçün biz iki yerə bölünməli, bir hissəmiz aşkarlandığımız yerdə döyüşməli, digər qrup isə təhlükəsiz çıxış olduğu güman edilən istiqamətdə geri qayıtmalı idi: "Siyahim təklif etdi ki, mən tək onlarla bacararam, siz çıxışa doğru hərəkət edin. Biz onunla razılaşmadıq və könüllü olaraq iki hissəyə bölündük. Siyahim aşkarlandığımız yerdə düşmənlə döyüşən qrupa komandir təyin edildi. Biz təhlükəsiz güman etdiyimiz çıxışa doğru hərpəkətə başlayandan bir neçə dəqiqə sonra Siyahim onunla döyüşən silahdaşlarına əmr edir ki, çıxışa doğru hərəkət edən qrupun ardınca irəli! Döyüş yoldaşları ondan izahat tələb etdik, axı burda kimsə qalmasa düşmən şübhələnib o biri qrupu aşkarlaya bilər. O, da deyir ki, mən bunlarla tək bacararam, siz mane olursunuz, siz çıxın mən də ardınızca gələcəm, sübh açılanda öz səngərlərimizdə görüşərik». Onlar çıxmaq istəməyib, Siyahim komandir olaraq rəsmi əmr edib və ardınca döyüş yoldaşlarını silahla hədələyib ki, kim əmrə tabe olmasa onu özüm güllələyəcəm - birincisi, ermənilər mənə heç nə edə bilməz, ikincisi də, siz hamınız evlisiniz, mən subay! Beləcə, bir döyüş yoldaşları ondan ayrıldıq. Sübh çağı artıq həmin ərazilər düşməndən təmizlənmişdi, lakin artıq Siyahim yox idi - iyrimi erməni əsgərini gəbərdərək, şəhid olmuşdu".

Bu sətirlərin müəllifi də Siyahimi şəxsən tanıyırdı. Bəlkə də Siyahim həyatda tanıdığım ən cəsarətli gənc idi. Onun həyatda Allahdan başqa qorxduğu, çəkindiyi bir varlıq yox idi, ölümün gözünün içinə dik baxan biri idi. Siyahim deyirdi ki, torpaqlarımızı azad edəndən sonra evlənəcəm - torpaqlarımız işğaldan azad ediləndən sonra döyüşçü karyerama son verəcəm...

 Allah rəhmət eləsin, ruhu şad olsun!

 Akif Nəsirli

0.043992042541504