Türkiyə MN: “PKK ilə əlbirlik edəcək qədər aciz olan Ermənistan mülki əhalinin qətliamına davam edir” - FOTO

 

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanda dinc sakinlərin yaşadığı şəhərlərə raket hücumunu qınayıb.

Bununla bağlı nazirliyin “Twitter” hesabında paylaşım edilib.

“PKK terror təşkilatı ilə əlbirlik edəcək qədər aciz davranan Ermənistan ordusu atəşkəs rejimlərini həmin an pozaraq mülki vətəndaşların qətliamına davam edir.

Azərbaycan ordusu isə cəbhədə  mərd və qəhrəmancasına mübarizədə 183 yaşayış məntəqəsini işğaldan azad edib və buna davam edir”, - deyə paylaşımda bildirilib.

0.21001386642456