Aysunun atası: “Getdim ki, uşaq yoxdur” - VİDEO

 

Bu gün Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri dəfə alıb Bərdəni atəşə tutması zamanı həlak olan 8 yaşlı Aysunun atası danışıb.

Türkiyənin “Haber Global” telekanalının Bərdədə olan müxbiri Aysunun evində olub. 

Aysu İngəndərovanın atası Rövşən baş verənləri göz yaşları ilə anlatmağa çalışıb:

“Nə deyəcəyimiyi bilmirəm. İşdə idim. Traktor sürürdüm. Səs eşitdim. Duman bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur. İkinci sinfə gedirdi. Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı”.

0.66225099563599