Emin Əmrullayev erməni hücumu zamanı həlak olan Aysundan yazdı - FOTO

 

Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir.

Bunu “Facebook”da Təhsil Naziri Emin Əmrullayev yazıb.

Nazir bildirib: “Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.

Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”

 

#Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha...

Emin Amrullayev paylaştı: 27 Ekim 2020 Salı

 

1.2640810012817