Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a səfər edəcək

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a səfər edəcək.

 APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, səfər 7-11 noyabr tarixlərində həyata keçiriləcək. 
Qeyd edək ki, səfər iki ölkə arasında münasibətlərdə ciddi problemlərin yaşandığı bir dövrə təsadüf edir. Son olaraq ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb, Türkiyə də cavab olaraq analoji addım atıb.

0.40437293052673