Minnesotada haqq səsimiz - FOTOi/VİDEO

 

Minnesotanın Azərbaycan Assosiasiyası Minneapolisin mərkəzində erməni terrorizmi və Azərbaycanın dinc əhalisinin atəşə tutulmasına qarşı aksiya keçirib.

Aksiyanın təşkilatçılarından biri Günel Rallisin paralel.az-a verdiyi məlumata görə, aksiyada 200 ailədən ibarət olan Minneapolis Azərbaycan diasporasının böyük hissəsi iştirak edib.

“Etiraz aksiyası çox uğurlu keçdi. İnsanlar bizə yaxınlaşdılar və Ermənistanla münaqişənin tarixi ilə maraqlandılar. Minnesota sakinləri tərəfindən böyük maraq oldu”, - Çikaqonun Azərbaycan icmasının aksiyanın təşkilinə dəstək göstərdiyini qeyd edən G.Rallis bildirib.

 

1.2172861099243