İbrahim Kalın Trampın köməkçisi ilə Qarabağ məsələsini müzakirə etdi

 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn arasında telefon danışığı baş tutub.

Bu barədə “TGRT Haber” məlumat yayıb.

Telefon söhbəti zamanı tərəflər həmçinin Azərbaycanla Ermənistan arasındakı gərginliyə toxunublar.

Söhbət zamanı Qarabağ məsələsinə diplomatik yollarla həll axtarışlarının vacib olduğu vurğulanıb, Ermənistan tərəfinin atəşkəsi pozması hallarının və dinc əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd və qəbuledilməz olduğu bildirilib. Davamlı və daimi sülhə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan tamamilə geri çəkilməsinin vacib olduğu fikri təkrarlanıb.

Danışıq zamanı həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq ictimaiyyətin BMT TŞ və ATƏT qərarları çərçivəsində qəti addımlar atmalı olması da vurğulanıb.

0.7022922039032