Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO

 

ABŞ-ın CNN kanalında Kristian Amanpurla Ermənistan XİN Zöhrab Mnatsakanyanın müsahibəsi yayımlanıb.

Müsahibənin əsas mövzusu Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və həlli istiqamətində suallar, həmçinin hər iki ölkənin XİN rəhbərlərinin ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə keçirdiyi görüşlər olub.

Verilişin gedişatında ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində yaşayış binalarının dağılması, çoxlu sayda mülki şəxslərin həlak olması kadrları nümayiş olunub.

Aparıcı BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ilə bağlı qətnamələrini diqqət çəkib və erməni nazirə kəskin suallar ünvanlayıb.

Bu suallara cavab tapmaqda aciz qalan Mnatsakanyan verilişdən məyus şəkildə ayrılıb.

 

1.3060858249664