Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır” - FOTO

 

Ermənistan Silahlı Qüvvələrində uşaqlardan istifadə ilə bağlı videoya Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də öz reaksiyasını göstərib.

O, “Twitter” hesabında artilleriya atışı zamanı istifadə olunan uşaqla bağlı videonu paylaşıb və paylaşımda UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsini işarəliyib:

“Video onu göstərir ki, Ermənistan uşaq əsgərlərindən istifadə edir. Araşdırılması lazımdır.

15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi və ondan istifadə edilməsi beynəlxalq humanitar hüquq - müqavilə və adət normaları ilə qadağandır və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən müharibə cinayəti kimi müəyyən edilir”.

Səbuhi Musayev

0.59536004066467