NASA “Bennu” asteroidinin səthindən ilk görüntüləri yayımlayıb - VİDEO

 

NASA “Bennu” asteroidinin səthindəki qayalar və toz nümunələrinin ilk görüntülərini yayımlayıb.

Bu barədə Kosmik Agentliyin saytında məlumat verilib.

Missiyanın gedişində NASA zondu “Bennu” asteroidinin səthinə yaxınlaşıb və manipulyatordan istifadə edərək asteroidin səthindən nümunələr götürüb.

Qayalardan nümunə götürmək təxminən altı saniyə çəkib.

Xatırladaq ki, Yerdən 320 milyon kilometr məsafədə yerləşən Amerika zondu OSIRIS-REx “Bennu” asteroidinə yaxınlaşıb.

Asteroidin təxminən 166 ildən sonra planetimizlə toqquşacağı ehtimal olunur. Astronomlar “Bennu”nun sərt qaya şəklində olan süxurlarının tərkibində müxtəlif mineralların olduğu qənaətindədir. Əvvəllər aparılmış tədqiqatlar göstərib ki, Yerlə toqquşan asteroid və meteoritlərin tərkibində həyat əlaməti olan su da olub. “Bennu”nun səthinin öyrənilməsi məhz bu baxımdan əhəmiyyətlidir.

0.25635313987732