Snoudenə Rusiyada müddətsiz yaşamaq hüququ verildi

 

ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden Rusiyada müddətsiz yaşamaq hüququ əldə edib. 

Bununla bağlı “İnterfaks”a onun vəkili Anatoliy Kuçerena məlumat verib. 

Vəkilin sözlərinə görə, Snouden aprel ayında bununla bağlı müraciət etmişdi, onun sənədlərinin gecikməsinə koronavirus pandemiyası səbəb olmuşdu. 

Kuçerena qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs hələlik Rusiya vətəndaşlığı barədə düşünmür. 

Xatırladaq ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının vətəndaşları izləməsi ilə bağlı gizli məlumatları jurnalistlərə çatdırandan sonra 2013-cü ildə Rusiyadan sığınacaq istəmişdi. Rusiyaya uçduqdan sonra o, bir aydan çox “Şeremetyevo” aeroportundakı tranzit zonasında qalmışdı.

0.498370885849