İranın Azərbaycan SİHAsını vurması düşmənçiliyin əlamətdir

İranın Azərbaycan SİHAsını vurması düşmənçiliyin əlamətdir
 

35 milyon soydaşımızın iradəsinə zidd hərəkət edən molla rejimi cəzasını alacaq

Azərbaycan müstəqil dövlət kimi təşəkkül tapandan bəri İran molla rejimi çox narahatdır, o qədər qorxur ki, əlinə fürsət düşən kimi dövlətimizin güclənməsinə yox, çökməsinə cəhd edir. Bu günlərdə İran sərhəddini 2 kilometr məsafə qədər keçən Azərbaycana məxsus 2 SİHA dərhal vuruldu!

Quru və hava məkanından Ermənistana hərbi yük və terroristlər daşınmasına geniş dəstək verən İranın Azərbaycana qarşı düşmən münasibət sərgiləməsinin nədənləri hər kəsə çoxdan bəllidir.

Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyon müsəlman türkü doğma yurdundan didərgin salıb, işğal olunmuş ərazilərdə məscidləri məhv və təhqir edən ermənilərə qarşı çıxmalı olan İran rejimi isə tam əksinə hərəkət edir.

Ermənistan Azərbaycana qarşı düşmənçiliyi dərinləşdirdikcə İran Ermənistanla dostluq münasibətini dərinləşdirir. Hətta İranın dövlət xadimləri ermənilərlə farsların eyni kökə malik olduğunu vurğulayaraq, Ermənistana hər cür yardım edir, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına maneə olurlar.

İranın, guya milliyyətcə türk olduğu iddia olunan, dini lideri Seyyid Əli Hüseyni Xamenei ermənilərin müsəlman azəri türk xalqına qarşı etdikləri vəhşiliyi gözardı edərək, "Ermənistana kömək etməsəydik, Azərbaycan Qarabağda qalib gələcəkdi" ifadəsini dilinə gətirməsi Azərbaycana qarşı düşmənçilik edən İran yönətiminin əsl simasının nümayişidir.

İran molla rejiminin Ermənistanın yanında yer almasının və dindaşı azəri türk müsəlman xalqına qarşı ermənilərin törətdiyi vandalizmə, vəhşiliyə baxmayaraq, onlarla dostluq etməsinin səbəbini problemlə yaxından tanış olan siyasətçilər ilk növbədə Azərbaycanın güclənib İranın işğal etdiyi Azərbaycan ərazilərini geri alacağı, insan azadlıqları və hüququndan tam məhrum edilmiş, dili, mədəniyyəti əlindən alınmış 35 milyon azəri türkünün azad olunmasından qorxması ilə izah edirlər.

0.013848781585693