Dövlətimizi qoruyaq və gücləndirək

Dövlətimizi qoruyaq və gücləndirək
 

Tapdıq ABBAS
Baş redaktor,
Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas[email protected]list.ru

  Hər kəs layiq vətəndaş olmalıdır

Vətən hər bir insan üçün müqəddəsdir. Buna görə , insanlar əziz olan canı belə, çəkinmədən Vətən yolunda qurban verməyə hazırdır. Bu sətirlərin müəllifi daxil olmaqla, hər kəs hərbi xidmət borcunu verib gələcək nəsillər bu müqəddəs borcu mütləq verəcəklər...

Durmadan  hər an dəyişən dünyada insan üçün dəyişməyən yeganə müqəddəs, qəlbimizdə sonsuza qədər yer tutan Vətən məhəbbətidir. İnsanların dilinin əzbəri olan "Ana Vətən" ifadəsi qeyd etdiyim hissi tam tutumu ilə dolğun ifadə edir. İnsanı 9 ay bətnində minbir əziyyətlə gəzdirib, həyata gətirən, həyatın bəxş etdiyi əziyyət məhrumiyyətlərə sinə gərib, böyüdən Ana qədər əziz əvəzsiz olan yeganə varlıq da, məhz Vətəndir!..

Hər bir vətəndaş üçün Azərbaycan həm Anadır, həm Vətən!

Düşünürəm ki, unudulmaz şairimiz Abbas Səhhətin "Vətən" şeirini bilməyən, bəlkə , çox az adam tapılar, amma həmin şeiri bir daha yada salmağın faydası var:

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim! Vətənim verdi mənə nanu-nəmək,

Vətəni məncə, unutmaq demək?!

Anadır hər kişiyə öz Vətəni,

Bəsləyib sinəsi üstündə onu,

Südüdür, kim dolanıb qanim olub,

O, mənim sevgili cananım olub!

Vətən əcdadımızın mədfənidir!

Vətən övladımızın məskənidir!

Vətəni sevməyən insan olmaz,

Olsa, o şəxsdə vicdan olmaz!

Oxucuların diqqətini ona görə bu şeirə cəlb edirəm ki, Vətən haqqında fikir bu şeirdə  mükəmməl ifadə olunub...

İndi isə keçirəm yazının əsas qayəsinə. Dünyada ölkədə baş verən son hadisə proseslər o qədər ziddiyyətlidir ki, baş verən bir çox təzadlı hadisələri normal saymaq mümkün deyil. Xüsusən bəzi insanların, hətta yüksək vəzifəli şəxslərin ölkəmizin təhlükəsizliyinin təhdid olunması istiqamətində etdiyi yanlış hərəkətlər adamı dəhşətə gətirir.

Sıravi insanların dərk etməsində müəyyən çatışmazlıq üzündən baş verən mənfi halları, bəlkə , müəyyən dərəcədə başa düşmək mümkündür. Amma dövlətdə yüksək vəzifə tutan, dövlət hesabına hər cür yaxşı imkanlara malik olan şəxslərin doğma vətəninə qarşı xəyanətkar mövqeyə yuvarlanmasına heç cür haqq qazandırmaq mümkün deyil.

Ölkədə son bir il ərzində vəzifədə törətdiyi cinayət xəyanətə görə həbs olunan, vəzifədən qovulan məmurların çoxluğuna fikir verin, görün, dünyada belə dəhşətli hərəkət edən məmurlar Azərbsycandan başqa, daha hansı dövlətdə var?!

Sualım heç kimi çaşdırmasın. Suala gərgin halda cavab axtarmağa ehtiyac da yoxdur. Ölkədə baş verən bütün bu kimi mənfi halların hamısının açıq gizli, hakimiyyətə müxalifətə soxulub, fəaliyyətdə olan 5-ci kalon üzvlərinin əməli olduğunu qeyd etmək, sadəcə kifayətdir.

Bəzi insanların "5-ci kalon" ifadəsinin mənasını başa düşməkdə çətinlik çəkdiyini nəzərə alıb, "5-ci kalon" üzvlərinin xarici ölkə emisarlarının nökəri olduğunu onların əmrlərini yerinə yetirdiklərini qeyd etməklə kifayətlənirəm. Yəni hazırda ölkəmizdə bu ünsürlər həm iqtidar, həm müxalifət sıralarında xeyli fəaldırlar düşmən dövlətlər, rejimlər tərəfindən idarə olunurlar. Bunlar aldıqları "tulapayı" müqabilində Azərbaycan dövlətinə  xalqına qarşı hər cür xəyanət etməyə hazırdırlar. Fürsət düşən kimi, hərəkətə keçirlər hər cür cinayətə əl atmaqdan çəkinmirlər.

Məsələn, törətdikləri cinayət əməlinə görə, həbs olunmuş beş icra başçısının COVİD-19 pandemiyasından əziyyət çəkən xalqa dövlətin ayırdığı yardımları mənimsəməsi, işsiz insanların təmin olunması üçün Prezident tərəfindən açılmış yeni yerlərinin pullarının oğurlanması, belə cinayətkar hərəkətlərlə məmurların xalqı dövlətdən narazı salması ən ciddi xəyanətdir!

Eyni tərkibli cinayət əməllərinin ölkənin xeyli yüksək dövlət strukturlarında aşkar olunması, Mədəniyyət, DSX Xarici İşlər Nazirliyi kimi mühüm strateji strukturlardə rüşvət korrupsiyanın genişlənməsinin müəyyənləşməsi təbii olaraq, hər bir vətəndaşlarda haqlı təşviş narazılıq yaradır.

Ölkə Prezidentinin dəfələrlə etdiyi xəbərdarlıqdan lazımı nəticə çıxarmayaraq, oturduğu kürsünün verdiyi imkandan istifadə edərək, rüşvət korrupsiya əməlindən çəkinməyən cür ünsürlərin həbs olunması xalq tərəfindən müsbət hadisə kimi qəbul olunur bu cür tədbirlərin ölkədə kampaniya xarakterli deyil, daimi davam etdirilməsi istənilir.

Xarici İşlər Nazirliyində səfirliklərə qədər uzanan korrupsiya zəncirinin həlqələrindən birinə rəhbərlik edən Azərbaycanın Serbiya, Monteneqro Bosniya Herseqovinadakı səfiri, ölkənin sabiq baş prokuroru Eldar Həsənovun külli miqdarda dövlət vəsaitini talaması səbəbilə  bugünlərdə DTX tərəfindən həbs olunması, məhz vətənə xəyanətin ən bariz nümunəsi sayıla bilər...

Bu cür misalların sayını istənilən qədər artırmaq da olar, amma buna ehtiyac görmürəm. Bu faktları ona görə sadalayıram ki, Azərbaycanda elə bir sahə, elə bir struktur tapmaq mümkün deyil ki, orada rüşvət korrupsiya cinayətinə rast gəlinməsin!...

Ölkəmizdə mövcud olan bu durum təbii olaraq, hər bir normal düşünən insanda dövlətimizin, Vətənimizin taleyi üçün çox böyük narahatçılıq yaradır!...

Ölkəmizdə düşmənlərin əməli ilə yaranmış pis vəziyyətdən yeganə çıxış yolu ölkə Prezidentinin başladığı dərin dəyişikliklər proqramının uğurla həyata keçməsinə, dövlətimizin korrupsioner rüşvətxorlardan təmizlənməsinə, Vətənimizin başı üstünü almağa çalışan qara mənfur qüvvələrə qarşı birgə mübarizə aparmaqdan ibarətdir!

Bu yolda olan hər kəsə uğur arzu edirəm!..

0.016113042831421