Vilayət Eyvazovdan yeni TƏYİNAT

 

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

paralel.az xəbər verir ki, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib.

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən paralel.az-a təsdiqləyiblər.

İlhamə Əbülfət

2.5290310382843