Koronavirus peyvəndi yeridilmiş könüllülərdə immunitet saxlanılıb

Könüllülərə peyvənd vurulmasından beş ay sonra immunitet yaxşı səviyyədə saxlanılıb.

Gazeta.ru-nun məlumatına görə, bu sözləri Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Gintsburq deyib.

“Beş aydan sonra immunitetin vəziyyəti yaxşıdır və faktiki olaraq istənilən dozada COVID-19-a qarşı effektliliyə zəmanət verən yüksək anticisim səviyyəsinə uyğundur”, - deyə A.Gintsburq bildirib.

1.6640300750732