Polis Oğuzda reyd keçirib - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin  pozulduğu müəyyən edilib.

Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilib və cərimə yazılıb.

0.57622814178467