Salyan və Ağstafada avtomobil yanıb

 

Salyan və Ağstafa rayonlarında avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Salyan rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Ağstafa rayonunun Xətai kəndində isə "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1.2414820194244