Bakıda zəncirvari qəza: Səbəbkar aradan çıxdı, bir neçə avtomobil əzildi - FOTO

 

Bakıda zəncirvarı yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.

“Renault” markalı, 99-SF-946 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 99-EO-557 dövlət nömrə nişanlı maşına çırpılıb.

Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib.

Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan “Renault” markalı avtomobil hadisə yerindən qaçıb.

Xəsarət alan yoxdur.

 

1.4967892169952