Rusiyanın dostu yoxdur, maraqları var

Rusiyanın dostu yoxdur, maraqları var
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Azərbaycanla səmmi dostluqdan söhbət gedə bilməz

 Prezident B. B. Putinin yeritdiyi yanlış siyasət nəticəsində, artıq Rusiyanın MDB-də birləşdirdiyi qonşuları ilə də münasibətləri korlanıb. Moldovanı, Ukraynanı, Gürcüstanı birbaşa  ozü, Azərbaycanı isə ermənilərin əli ilə işğal edibsə, bu halda həmin ölkələrlə hansı yaxşı münasibətdən danışmaq olar? Orta Asiyanın türk dovlətləri ilə süni, cürük münasibət də çox kövrəkdir, bu ölkələrin hər biri Rusiyadan qopub aralanmaq üçün fürsət axtarırlar, bu bataqlıqdan çıxmağa çalışırlar. Hətta Cənubi Qafqazda forpostu elan etdiyi Ermənistan belə, "batan bu gəmini" tərk etməyə çalışır...

 Ermənistan Avropa İttifaqı ilə sazişi çoxdan imzalayıb

 Ermənistan barədə söz düşmüşkən, bu ölkə əslində, çoxdan Avropa tərəfə üz tutub, hələ Paşinyandan xeyli oncə, Sarkisyanın zamanında öz yolunu müəyyən edib. Ermənistan Rusiyaya və ona hədiyyə etdiyi Qarabağa da əl edərək, ondan uzaqlaşıb Avropaya döğru gedir. Ermənilər anlayıb ki, Rusiya üzün illər onları Azərbaycanın Qarabağ bölgəsinə qanlı müharibə və itkilərə cəlb edərək, özündən asılı vəziyyətə salıb. Sonra Abxaziyanı, Cənubi Osetiyanı tanıyıb, "Artsaxı" tanımamaqla, Rusiya onları bitməyən, nəticəsiz oyuna salıb. Əslində, ermənilər başa düşüblər ki, Azərbaycanı təsir altında saxlamaq üçün Qarabağ Rusiyaya lazımdır. Əgər Rusiya Qarabağı müstəqil dövlət kimi tanımırsa, dünyada bunu kim tanıyacaq? Beləliklə, haylar Rusiyanın məramını anlayıb, üz tutublar Qərbə tərəf.

Gəlin, 23 illik atəşkəsdən sonra birdən-birə 2016 aprel doyüşlərinin niyə baş verməsinin səbəbinə diqqət yetirək. Bilirsiniz ki, o zaman Ermənistan prezidenti S.Sarkisyan Moskvadan gizlin Brüsselə səfər etdi, Avropayla (AB) tərəfdaşlıq sazişinə qol çəkdi. B. Putin bundan xəbər tutub, bərk qəzəblənib və Bakıdan riyakarcasına istifadə etdi, özünü elə apardı ki, guya Qarabağ məsələsinə qarışmır və Ermənistanla bizi təkbətək buraxdı ki, gedin torpağınızı alın. Bizimkilər də çox düzgün edərək, fürsətdən istifadə edib, qəti və güclü hücuma keçdi. Elə ilk andaca bizim ordumuz bütün gücü ilə erməni tərəfə od yağdırdı. Düşmənin doyüş movqelərini, texnika və canlı qüvvəsini (500-dən çox!) məhv etdi. Artıq ermənilər yük maşınlarına dolub Xankəndindən qaçırdılar. Putinə də yalvardılar, işə Fransa qarışdı, Moskvanın şərtlərilə razılaşdılar...

 Aprel döyüşlərində itgimizə səbəb Rusiya oldu

 Nəticədə ordumuzun qızğın hücuma keçdiyi, işğalda olan əraziləri azad etdiyi zamanı Moskvadan xəbər gəldi ki, hücumu dayandırın. Azərbaycan isə inad etdi və hücuma davam etdi. Bu zaman Moskva bizə qəzəbləndi, Ermənistandakı hərbi gücünü və Azərbaycandakı agentura şəbəkəsini işə saldı və bizim movqelərə dəqiq və sərrast zərbələr vurub, hücumları dayandırdı. Əgər Rusiya qarışmasaydı, ordumuz uğurla hücum etdiyi, erməninin qaçdığı halda, ordumuz gozlənilmədən100-dən çox hərbçimizi neçə qurban verə bilərdik? Bax, belə riyakar, pozucu siyasət aparır, Putin!

Moskvaya xəyanət etdiyinə gorə, hazırda Rusiya Sarkisyanı unudub, Koçəryanı ondə tutur, Ermənistan tərəf isə əksinə, Koçəryanı həbs edib, Sarkisyana isə toxunmur. Hazırda Paşinyan hakimiyyəti nə olmasından asılı olmayaraq, Rusiyanın istənilən təzyiqi altında Qərbə, Avropaya üz tutub, Rusiyanın şərtlərini qəbul etmir, yenidən Rusiyanın təsiri altına düşmək istəmir. Bu, təkcə Paşinysnın yox, ermənii xalqının, eyni zamanda, xaricdəki lobbi mərkəzinin qərarıdır. Ermənilər yaxşı bilirlər ki, onsuz da gec, ya tez, Qarabağı sahibinə qaytarmalıdırlar, ona görə də qərara gəliblər ki, nə qədər gec deyil, batan "Rusiya" gəmisini tərk etmək lazımdır!

Qərbin, Avropanın Rusiyaya qarşı postpandemiya dövrü münasibəti qətidir və Rusiya problemini birmənalı bitirməkdir. Buna görə, ABŞ sanksiyaları xeyli gücləndirib, Avropa da uzun müddət Rusiyadan neft-qaz aldı və gordü ki, onun verdiyi milyardlarla avronu Putin xeyirə yox, hərbi-raket kompleksinin güclənməsinə xərcləyir və həmin silahla Avropanı təhdid edir, Rusiyandan neft-qazını almamaqdan imtina etdilər! Çin, Türkiyə və digərləri də Rusiyadan qaz və neft almağı ya dayandırıblar, ya da azaldıblar. Rusiya hazırda çox boyük sıxıntıdadır, çünki xaricə satıb, qazanmaq üçün başqa istehsal məhsulu yoxdur...

Rusiyaya qarşı digər siyasi, geosiyasi sahələrdə də total təpki var: Cənubi Qafqazı, Orta Asiya ölkələrini, Belarusu, Moldovanı Rusiyanın təsirindən çıxartmaq, Rusiya daxilindəki iri millətlərin azadlığına dəstək vermək planı işə salınıb. Rusiyanın çətin sosial durumunu, əhalinin narazılığını və korrupsiya problemi kimi halları da üstə gəlsək, vəziyyətin Rusiya üçün ürək açan olmadığı aydın görünər.

 Qərb, Avropa ilə əməkdaşlıq pis heç nə vəd etmir...

 Rusiya hakimiyyətinin daxilən çökməsi və bundan doğan xarici aqressiv siyasətinin, xüsusilə qonşularla anormal, ağalıq münasibəti Azərbaycana münasibətdə də hiss olunur. Rusiya prezidenti V. Putin olkəmizə qarşı, digər qonşulara nisbətən, daha aqressiv siyasətini həmişə davam etdirib, Rusiyanın Qarabağın işğal olunmasındakı həlledici rolu, dovlətimizin daxili işlərinə mütəmadi qarışması, oz "kadrları" vasitəsilə dözülməz müdaxiləsi həmişə ölkəmizə əngəl yaradıb. Yaxşı haldır ki, Rusiyadan ölkəmizə qarşı göstərilən pis münasibətə, xüsusilə kobud aqressiv müdaxiləyə qarşı ölkə Prezidenti İ. Əliyev daim ləyiqincə müqavimət gostərib. Cənab Prezident Azərbaycanın güclü və aqressiv Rusiyanın zərbəsinə tuş gəlməməsi üçün, mümkün olduqca əyilməmək, sınmamaq istiqamətində güclü addımlar atıb. Həm olkənin müstəqilliyinin qorunması, həm də tədricən qardaş Türkiyə və Avropaya yaxınlaşmaq üçün mümkün olan işləri görüb və görür.

Ölkə Prezidenti 2018-ci il prezident seçkilərindən sonra isə, demək olar ki, Rusiyanın təsir dairəsindən qopmağı bacarıb, Türkiyə və son nəticə olaraq Qərb, NATO məkanı istiqamətinə qətiyyətlə istiqamət alıb. Bu yolda həm xaricdən Moskvanın, həm olkədəki kadrları ilə daxildən gələn təzyiqlə indi də qarşılaşır. Bu müddətdə təmkinlə tədricən xaricdən və daxildən olkəyə olan təhdidləri uğurla zərərsizləşdirir.

Tovuz istiqamətində baş verən erməni-rus təxribatı, buna bizim ordunun cavabı, Qərbin bu məsələdə birmənalı Azərbaycana dəstəyi, Türkiyənin hərbi təlimləri ilə birbaşa dəstəyi, general və hərbi heyətinin Rusiyanın koməyi ilə vurulması, artıq indiyəcən tam ortülü gedən Azərbaycan-Rusiya çəkişməsini açıq şəkildə ortaya qoydu. Bununla Kreml bizə təhdidlə xəbərdarlıq etdi ki, hərbi imkanıma və içinizdəki koordinat verənlərimə istinad edib, istənilən vaxt istənilən şəxsinizi (!) bu cür sərrast və amansız dəqiqliklə vura bilərəm! Bax, Rusiyanın Azərbaycana bəslədiyi “sevginin” əsası bundan ibarətdir! İki əsrdən çoxdur Azərbaycan üzərində aparılan parçalama əməliyyatı bu gün də əvvəlki sürətlə davam edir...

Bu hadisə ilə xalqımız kimin dost, kimin düşmən movqedə olduğunu, olkəyə və ümummilli mənafeyimizə təhlükə olduğunu da gordü, oyandı və 14-15 iyulda ayağa qalxdı. Ordunun, dovlətin və ölkə rəhbərliyinin yanında durdu, qardaş Türkiyə ilə birlikdə olduğunu bəyan etdi. Azərbaycan yenidən toparlandı və bütün var gücü ilə ayağa qalxdı, “varam”- dedi!

Türkiyə ilə birlik isə bizə  təklikdən çıxmaq və Ermənistana Rusiya-Iran dəstəyi fonunda güclü qardaş koməyini tam ifadə edir! Amma bununla uğurumuz Rusiya-Iran təhdidindən xilas olmaqla və erməni ilə Qarabağ uğrunda savaşımızı mohkəmləndirməklə bitmir. Türkiyə ilə qardaş birliyi bizim olkəmizi və xalqımızı, həm də 30 illik zülmətdən isıqlı aydınlığa, sivil məkana doğru bir yol açır. Elə bir məkan ki, orada dovlət olaraq, sərbəst, azad olkə kimi, firavan yaşayışa nail ola bilərik. Biz yaranmış bu şəraiti və fürsəti əldən verməməliyik. Xalq və dovlət olaraq, yumruq kimi birləşıb, 30 ildir zülm çəkdiyimiz Rusiya-İran-Ermənstan məkanından qətiyyətlə ayrılmalıyıq.

0.045837879180908