Bakıda qadını maşın vurdu

 

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Əliyeva Sevinc Tanrıverdi qızını avtomobil vurub. Yaralı sınıq xəsarətləri ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

2.003585100174