Neft – Kimya Prosesləri İnstitutunda biodezinfeksiya keçidi quraşdırılıb - FOTO

 

COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun girişində biodezinfeksiya keçidi quraşdırılıb.

AMEA-dan paralel.az-a verilən məlumata görə, Bakıda istehsal olunan biodezinfeksiya keçidi distant olaraq insanın temperaturunu qeydə alır, maskasız keçməmək üçün xəbərdarlıq edir.

Üç saniyə müddətində ultrabənövşəyi şüa ilə birlikdə yeni yaradılmış dezinfeksiyaedici maddə “BİOSANİS” püskürməklə (duman halında) dezinfeksiya həyata keçirir.

Qeyd edək ki, “BİOSANİS” dezinfeksiyaedici maddə Neft-Kimya Prosesləri İnstitutu, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR MMC”, “RD Group” və “Feram Group” şirkətlərinin əməkdaşlığı ilə yaradılıb. Sərbəst xlor və formalinə malik deyil və orqanizm üçün təhlükə yaratmır.

 

0.87061095237732