Təlimlərdə iştirak edən türkiyəli hərbçilər istirahət günlərində Naxçıvanı gəziblər - FOTO

 

Naxçıvanda keçirilən Azərbaycan – Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir.

Müdafiə Nazirliyindən paralel.az-a verilən məlumata görə, gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.

 

0.76584506034851