Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs tutulub

 

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.60472798347473