Azərbaycan beynəlxalq təşkilatlardan kredit istəyir? - RƏSMİ

 

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.

paralel.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan öz maliyyə ehtiyatları hesabına koronavirusla mübarizə aparır.

S.Şərifov bildirib ki, dünyanın bir çox ölkələrində ÜDM-nin həcmi aşağı düşüb. 

“Azərbaycanda ÜDM-lə bağlı azalma var, amma vəziyyət o qədər pis deyil”, - deyə S.Şərifov əlavə edib. 

Aqşin Kərimov

0.56904411315918