Beyrutda 10 yanğınsöndürən itkin düşüb

 

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışdan dərhal sonra hadisə yerinə yollanan 10 yanğınsöndürən itkin düşüb.  

REN TV-nin xəbərinə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Mərvan Əbbud məlumat verib.

O bildirib ki, xilasedicilər hadisə yerinə iki avtomobildə gediblər, onları üç təcili tibbi yardım maşını müşayiət edib.

Bir müddət sonra isə onlarla bütün əlaqə kəsilib.

Qeyd olunur ki, Livan mülki müdafiə xidmətinin əməkdaşları bu saata qədər yanğını tam söndürə bilməyib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş güclü partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, minlərlə insan yaralanıb. 

0.85659694671631