Məşhur musiqiçi Trampın qərargahını məhkəməyə verdi

 

Amerikalı musiqiçi Nil Yanq ABŞ Prezidenti Donald Trampın seçki qərargahını mahnılarından istifadəyə görə məhkəməyə verib.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Şikayət ərizəsində göstərilib ki, N.Yanqın “Devil's Sidewalk” və “Rockin' in the Free World” mahnıları bir neçə dəfə ABŞ liderinin siyasi tədbirlərində səsləndirilib.

Musiqiçi müəllif hüquqlarının pozulduğu hər hal üçün 150 min dollar təzminat tələb edib.

0.9705638885498