“Ermənistan: Sorosun gəmisi” - VİDEO

 

Rusiyanın “Svetoç TV” “YouTube” kanalında “Ermənistan: Sorosun gəmisi” adlı video yayımlanıb.

Videoda Rusiyaya qarşı erməni nifrətinin səbəbləri sadalanıb.

“Sorosun xəyalları Ermənistanı valeh edir!!! Fərziyyə, yoxsa reallıq?! Rusiyanı və rusları açıq təhqir edən yeni erməni nazirlərin - Soros üzvlərinin siyahısı!!! Ermənistanda Sorosa qarşı çıxanlar üçün əsas təhlükə nədir? Həbslər və saxlanılmalar. Bütün bunlar “Ermənistan: Sorosun gəmisi” videosunda”, - materialın annotasiyasında qeyd olunub.

Videoda həmçinin Ermənistanda baş verən son dərəcə həyəcanverici proseslərin - həm daxili siyasi sahədə, həm ictimai münasibətlər, əhval-ruhiyyə və s., həm də xarici siyasət sahələrində cərəyan etməsinə diqqət çəkilir.

“Cəmiyyət heç vaxt bu qədər parçalanmamış, nifrət, dözümsüzlük, intizamsızlıq istər media məkanında, istərsə də sosial şəbəkələrdə hakimiyyətin davamlı təxribatçı ifadələrindən qaynaqlanaraq bu qədər açıq vəziyyət almamışdı”.

Ətraflı videoda:

 

0.89872598648071