Azaldılan elm xərclərindən ən çox pay Elmlər Akademiyasına düşür

 

“Azərbaycan Respublikasının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən azaldılan elm xərclərindən ən böyük pay sahibi Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) düşür.

paralel.az-ın məlumatına görə, bununla bağlı Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikliyi nəzərdə tutan layihəyə verdiyi rəydə bildirilib.

Belə ki, AMEA-ya ayrılması nəzərdə tutulan vəsait 3,3 milyon manat və ya 2,7 % azaldılıb. Azaldılan məbləğ “elm” köməkçi bölməsi üzrə cəmi azalma məbləğinin 52,4%-ni təşkil edir.

Qeyd edək ki, 2020-ci ilin təsdiqlənmiş dövlət büdcəsində AMEA və onun tabeliyində olan müəssisələrin saxlanılmasına 122 milyon 339 min 620 manat vəsaitin ayrılması bildirilirdi. Bu ilin dövlət büdcəsində elm xərcləri 193 milyon 662 min 887 manat məbləğində təsdiqlənmişdi.

Dəyişiklik layihəsində isə bildirilir ki, elm xərcləri 187 milyon 317 min manat məbləğində təsdiqlənsin. Hesablama Palatasının rəyini Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında baxılacaq.

Aqşin Kərimov

0.88057804107666