Beyrutda pirotexniki maddələr anbarında dəhşətli partlayış – ANBAAN VİDEO

 

Livanın paytaxtı Beyrutda liman yaxınlığında dəhşətli partlayış olub.

TASS xəbər verir ki, partlayış Beyrut limanının 12-ci blokunda baş verib.

“Al Mayadeen” kanalı isə xəbər yayıb ki, partlayış pirotexniki vasitələr saxlanılan anbarda olub.

Partlayışın o qədər güclü olub ki, onun təsirindən hətta bir neçə kilometrdəki evlərə də ziyan dəyib.

Sözügedən partlama anının görüntülərini təqdim edirik.

 

1.7652699947357