Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 226 yeni yoluxma - FOTO

 

Azərbaycanda koronavirus infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  6409 test aparılıb.

Aktiv xəstə sayı isə 4089 nəfərdir.

 

0.43739199638367