Yaqut Qarayeva: “Payız-qış mövsümündə...”

 

“Hər il payız-qış mövsümündə mövsümi qrip, kəskin respirator xəstəliklərin artımı gözlənilir”.

paralel.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O bildirib ki, bu artımın koronavirus pandemiyası dövründə hansı xəstəliklərə yol açdığı öyrənilir:

“Biz də bu müzakirələrə diqqət edirik və hazırlıqlı olmalıyıq. Biz qaydalara riayət edəriksə, bu,  bizi digər repirator xəstəliklərdən qoruya bilər”.

İlhamə Əbülfət

1.1073009967804