Azərbaycanın Ermənistana əks-hücumundan sonra cəbhədə nisbi sakitlikdir - Oxu.Az bölgədən xəbər verir

 

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hazırda nisbi sakitlikdir.

Bu barədə paralel.az-ın cəbhə xəttinə ezam olunan müxbiri xəbər verir.

Bildirək ki, bu gün Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Bundan sonra isə cəbhə xəttinin Tovuz istiqamətində Ermənistanın artilleriya zərbələri müşahidə edilməyib.

Aqşin Kərimov

0.60990309715271