Ukrayna səfiri Kiyevin Azərbaycanı dəstəkləyən bəyanatından sonra Ermənistan XİN-ə çağırılıb

 

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba bir gün əvvəl Kiyevin yaydığı bəyanatla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, səfiri XİN rəhbərinin müavini Şavarş Koçaryan qəbul edib və Ukrayna XİN-in Ermənistan-Azərbaycan sərhədindəki gərginlik barədə verdiyi bəyanatla əlaqədar Ermənistan XİN-in mövqeyini elçiyə təqdim edib.

Xatırladaq ki, Ukraynanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən narahatlığını ifadə edən yayıb.

“Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq”, - bəyanatda deyilir. 

Bəyanatda həmçinin Ukrayna tərəfinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğu qeyd olunur.

0.8320689201355